Qazaxıstan Xarici İşlər Nazirliyi Kiyevdəki səfirliyinin əməkdaşlarının təxliyəsi imkanlarını nəzərdən keçirir.
Elchi.az xəbər verir ki, bu barədə jurnalistlərə respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
“İndi söhbət səfirliyin bağlanmasından yox, səfirlik əməkdaşlarının təxliyəsindən gedir. Bu məsələ yaxın günlərdə həll olunacaq. Təxliyə çox güman ki, baş tutacaq”, – Smadiyarov deyib.
O, diplomatik heyətin hansı şəhərə təxliyə edilməsinin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Xatirladaq ki, ötən gün Qazaxıstanın Kiyevdəki səfirliyi həmvətənlərinə müraciət edərək, Ukrayna ərazisinə səfərdən çəkinməyə və bu ölkəni tərk etməyə çağırıb.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər