Qəfil ölən başçı müavinin yerinə təyinat oldu

181
SHARES
317
VIEWS
Qəfil ölən başçı müavinin yerinə təyinat oldu

Lənkəranın icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri, bu ilin mayında Bakıya gələrkən yolda qəfil ürəktutmasından dünyasını dəyişmiş İlqar Dadaşovun yerinə təyinat olub.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, bu barədə Axar.az-ın sorğusunu cavablandıran Lənkəran rayon icra başçısı Taleh Qaraşovun köməkçisi Elnur Hüseynov bildirib ki, mərhum başçı müavininin yerinə Möhübbət Babayev təyin edilib. Bundan əvvəl icra başçısının müavini və şəhər təsərrüfat şöbəsinin müdiri olmuş M.Babayevin postuna isə Elşad İbrahimov gətirilib.

Xatırladaq ki, İ.Dadaşov Lənkərandan Bakıya gedərkən yolda ürəktutmadan ölüb. O, eyni zamanda YAP-ın Lənkəran təşkilatının sədri olub. 1956-cı il təvəllüdlü İ.Dadaşov uzun müddət komsomol təşkilatında müxtəlif vəzifələrdə çalışıb, Lənkəran komsomolçularına rəhbərlik edib. YAP-ın Lənkəran təşkilatının yaradıcılarından sayılır. Mərhum 2005-ci ildən Lənkəran İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışırdı.

Bənzər yazılar

Next Post

Son xəbərlər