Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır: “Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
Azərbaycanda taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq. Elchi.az xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi...