Soçidə Rusiya Prezidenti Vladimir Putinlə uzun sürən danışıqların sonunda Prezident Qasım-Jomart Tokayev onların nəticəsindən məmnunluğunu bildirib.
Bu barədə dövlət başçısının mətbuat katibi Ruslan Jeldibay Feysbuk səhifəsində məlumat verib.
“Dövlət başçısının sözlərinə görə, danışıqlar qarşılıqlı etimad və səmərəliliyi ilə seçilən müstəsna mehribanlıq şəraitində keçib. Danışıqlar zamanı dövlət başçısı qeyd edib ki, ticarət-iqtisadi, investisiya və humanitar sahədə əməkdaşlıq, qarşılıqlı fəaliyyətlə bağlı bütün məsələlər kompleksi müzakirə olunub, iki ölkənin beynəlxalq aləmdəki vəziyyəti müzakirə edilib. Prezidentlər müntəzəm işgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər. Qasım-Jomart Tokayev qonaqpərvərliyinə görə Vladimir Putinə səmimi təşəkkürünü bildirdi”, – Jeldibay bildirib.
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə qatıldığı bir proqramda telefon danışığı zamanı sızdırılan "töhmət və qışqırıq"...





















Son şərhlər