Putin BƏƏ prezidentini işgüzar nahar zamanı təkbətək görüş keçirməyə dəvət etdi.
Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putin nümayəndə heyətləri ilə danışıqları başa vurduqdan sonra BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı təkbətək işgüzar nahar zamanı müəyyən məsələləri müzakirə etməyə dəvət etdi.
Putin şeyxə əvvəlcə Rusiya və BƏƏ nümayəndə heyətlərinə ən həssas və vacib məsələlərlə bağlı fikirlərini bildirməyə icazə verməyi, sonra isə məsələləri təkbətək müzakirə etmək üçün işgüzar nahara keçməyi təklif etdi.
“Sizi bütün bu məsələləri təkbətək müzakirə edə biləcəyimiz işgüzar nahara dəvət etmək istərdim”, – deyə Putin BƏƏ həmkarına bildirib.
29 yanvarda Rusiya, Ukrayna və ABŞ-dan olan danışıqçıları Əbu-Dabidə qəbul edən şeyx rəsmi səfərlə Moskvaya gəldi. Putinlə danışıqlar başlamazdan əvvəl Böyük Kreml Sarayının Müqəddəs Georgi zalında Rusiya və BƏƏ nümayəndə heyətlərinin üzvlərinin təqdimat mərasimi keçirildi.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya və BƏƏ prezidentləri çoxşaxəli Rusiya-BƏƏ əməkdaşlığının əsas sahələrini, Yaxın Şərqdəki mövcud vəziyyəti və digər beynəlxalq məsələləri müzakirə etmək niyyətindədirlər.
Şayəstə





















