Putin Avropa ilə “Korrupsiyaya Qarşı Cinayət Hüququ Sazişinin” ləğvini tələb edir

61

Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Avropa Şurasına üzv ölkələrlə imzalanmış Korrupsiyaya qarşı Cinayət Hüququ Sazişinin ləğvi ilə bağlı qanun layihəsini Rusiya parlamentinə təqdim edib.
Putinin Rusiya Parlamentinin aşağı palatası Dumaya təqdim etdiyi qanun layihəsində Rusiya Federasiyası adından hazırlanan və 27 yanvar 1999-cu ildə Strasburqda imzalanmış Korrupsiyaya qarşı Cinayət Hüququ Konvensiyasının ləğv edilməsi tələb olunub.
Qanun layihəsinin əsaslandırmasında sözügedən layihənin Avropa Şurasının Rusiyanın Korrupsiyaya Qarşı Dövlətlər Qrupunda (GRECO) üzvlüyünə xitam verməsi səbəbindən hazırlandığı və belə şərtlərin Rusiya üçün qəbuledilməz olduğu bildirilib.

Şayəstə