"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı — Rəsmi açıqlama

04 Fevral 2016 - 00:52
in XƏBƏR LENTİ
FacebookVatsap

“Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı   — Rəsmi açıqlama

Baş Prokurorluq bu gün qurumun binasının qarşısında keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb.

Bunu da oxuyun

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qurum bildirir ki, vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmalar aparılmaqla qanunamüvafiq qərarlar qəbul edilir.

Həmin açıqlamanı olduğu kimi qəbul edirik:

“Vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar şikayətlərin, habelə sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilir. Həmçinin vətəndaşlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada Baş Prokurorluğun rəhbərliyi və aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilir və onlara şikayətləri üzrə qəbul edilmiş qərarlarla bağlı müfəssəl izahlar verilir.

Belə ki, vətəndaş Süleymanova Sevda Fətəli qızının əri Qüvvətəli Süleymanovun Cinayət Məcəlləsinin 178.3.2, 310 və 320.1-ci maddələri ilə əsassız olaraq məhkəmə məsuliyyətinə verilməsi, habelə əmlakının ələ keçirilməsi ilə əlaqədar şikayətinin Bakı şəhər Baş Polis İdarəsində qeyri-obyektiv araşdırılması ilə bağlı Baş Prokurorluğa daxil olmuş müraciətləri araşdırılmışdır. Hazırda Q.Süleymanov barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. S.Süleymanovanın əmlakının ələ keçirilməsi ilə əlaqədar müraciəti isə Bakı şəhər BPİ və şəhər prokurorluğunda müvafiq qaydada araşdırılmışdır. S.Süleymanova Baş prokuror tərəfindən 2, Baş prokurorun 1-ci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrinin rəhbərliyi tərəfindən 5 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Təmrazova Alya Həsən qızının qanunsuz olaraq psixiatriya müəssisəsinə yerləşdirilməsi və əmlakının oğurlanması barədə Baş Prokurorluğa etdiyi müraciətlər əsasında hazırda Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 146.2 və 313-cü maddələri ilə istintaq tədbirləri davam etdirilir.

Evindən oğurluq edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə isə istintaq Bakı şəhər BPİ-də davam etdirilir. A.Təmrazova Baş prokuror tərəfindən 3, Baş prokurorun 1-ci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrinin rəhbərliyi tərəfindən 5 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Mahmarzayeva Mətanət Ağarza qızının övladı Fatimə Mahmarzayevanın zərərçəkmiş şəxs olduğu cinayət işi üzrə ibtidai istintaqın obyektiv aparılmaması və cinayəti törətmiş şəxslərin bəzilərinin cinayət məsuliyyətinə cəlb edilməməsi barədə Baş Prokurorluğa etdiyi müraciətlər üzrə Hüseyn İsmayılov və Emin Alıyevin CM-in 150.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məmmədov Hacı Taleh oğlunun CM-in 150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə istintaq Yasamal RPİ-də yekunlaşmaq üzrədir. Digər təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. M.Mahmarzayeva Baş prokuror tərəfindən 1, Baş prokurorun 1-ci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Kərimova Rəsmiyyə Əvəz qızının övladına qarşı törədilmiş seksual zorakılıq hərəkətləri ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq aparılaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. R.Kərimova Baş prokuror tərəfindən 2, Baş prokurorun 1-ci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrin rəhbərliyi tərəfindən 5 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Axundov Rafiq Fazil oğlunun özünə məxsus mənzilin qanunsuz olaraq ayrı-ayrı hüquqi şəxslər tərəfindən ələ keçirilməsi və ona qarşı dələduzluq edilməsi barədə müraciətləri üzrə Bakı şəhər BPİ-də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. R.Axundov Baş prokuror tərəfindən 1, Baş prokurorun 1-ci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş İsmayılov Elmidar Məhərrəm oğlunun atası Məhərrəm İsmayılovun idarə etdiyi avtomaşının Yasamal rayonu ərazisində avtomaşınla toqquşması nəticəsində sonuncunun avtomaşında olan şəxslər tərəfindən döyülməsi ilə əlaqədar tədbir görülməməsi barədə müraciəti üzrə hazırda Baş Prokurorluqda araşdırmalar davam etdirilir. E.İsmayılov Baş prokuror tərəfindən 2, Baş prokurorun 1-ci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarələrin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Hümbətova Roza Müslüm qızının döyülməsi və ona qarşı qanunsuz hərəkətlər edilməsi ilə əlaqədar müraciətləri hazırda Bakı şəhər prokurorluğunun

İstintaq idarəsində araşdırılır. R.Hümbətova Baş prokuror tərəfindən 2, Baş prokurorun 1-ci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş İsayev İsa Qeyubşah oğlunun qızı Afaq Süleymanovanın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı Bakı hərbi prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İ.İsayev Baş prokuror tərəfindən 1, Baş prokurorun 1-ci müavini tərəfindən 2, Respublika hərbi prokuroru tərəfindən 1, həmçinin Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun aidiyyəti idarələrinin rəhbərliyi tərəfindən dəfələrlə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Hacıəliyeva Mədinə Yuzbəyovnanın bağ evinin dələduzluq yolu ilə satılması və pulunun mənimsənilməsi barədə şikayətləri əsasında hazırda Bakı şəhər BPİ-də araşdırmalar davam etdirilir. M.Hacıəliyeva Baş prokuror tərəfindən 1, Baş prokurorun 1-ci müavini tərəfindən 1, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Yusupova Yelena Talqatovnanın atasına məxsus qarajın sökülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə cinayət işi başlanmaqla, hazırda Yasamal rayon prokurorluğunda istintaq tədbirləri davam etdirilir. Y.Yusupova Baş prokuror tərəfindən 1, Baş prokurorun 1-ci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Zeynəddinova Lətifə Balasoltan qızının döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması barədə müraciətləri əsasında Abşeron rayon Polis İdarəsində araşdırmalar aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. L.Zeynəddinova Baş prokuror tərəfindən 3, Baş prokurorun müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Qulami Südabə Mirzəağa qızının oğlu Vüqar Məmmədovun tanışları Rəhim Ələkbərov və Xəqani Alıyev tərəfindən döyülməsi, külli miqdarda əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı şəhəri BPİ-də Cinayət Məcəlləsinin 128 və 178.3.2-ci maddələri ilə cinayət işi başlanaraq hazırda istintaq tədbirləri davam etdirilir. S.Qulami Baş prokuror tərəfindən 1, Baş prokurorun 1-ci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək şikayətləri ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Abbasova Nəzakət Talan qızının oğlu Ramal Abbasovun yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına görə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. Nəzakət Abbasova Baş prokuror tərəfindən 1, Baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 2 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Hüseynov Bayraməli Mirzəhüseyn oğlunun Xəzər rayon prokurorluğunun böyük müstəntiqi Zaur Ağakişiyevin icraatında olan material üzrə ona qarşı qanunsuz hərəkətlərə yol verməsi və “200 saylı” MTK-nın sədri Etibar Fərziyevin qanunsuz hərəkətləri barədə müraciətlərinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Baş Prokurorluğun Təşkilat-analitik idarəsində müvafiq qaydada baxılmışdır. Xəzər rayon prokurorluğunun böyük müstəntiqi barəsində Təşkilat-analitik idarəsində aparılmış xidməti yoxlama zamanı şikayətçinin göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, eyni zamanda, “200 saylı” MTK-nın sədri Etibar Fərziyevin qanunsuz hərəkətləri barədə ayrı-ayrı vətəndaşların müraciətləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, B.Hüseynovun irəli sürdüyü tələbin mülki hüquqi xarakteri olması nəticəsinə gəlinərək, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi və Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi tərəfindən qəbul edilərək ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

Vətəndaş Vəliyev Tofiq Əşrəf oğlunun Abşeron rayon dəniz neft donanma idarəsinin rəhbərliyi tərəfindən işdən qanunsuz azad olunması, işlədiyi müddət ərzində əmək haqqının düzgün hesablanmaması və digər qanunsuzluqlarla bağlı müraciətləri əsasında Xəzər rayon prokurorluğunda aparılmış araşdırmalar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdən əsassız olaraq çıxarılması məsələsinə mülki hüquqi qaydada Ali Məhkəmədə baxılmış və iddiası təmin edilməmişdir. T.Vəliyev Baş prokuror tərəfindən 1, Baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarənin rəhbərliyi tərəfindən 3 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Qurbanov Xəyyam Cümşüd oğlunun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və istintaqı aparan müstəntiqin qanunsuz hərəkətləri barədə müraciətlərinə baxılarkən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 4 iyun 2009-cu il tarixli hökmü ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin X.Qurbanov barəsində CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə 28 mart 2007-ci il tarixli hökmü ləğv edilmiş və təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən aparılmış xidməti yoxlama zamanı cinayət işi üzrə ibtidai istintaq aparmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Musa Əliyevin hərəkətlərində qanun pozuntusu aşkar olunmamışdır. X.Qurbanov Baş prokuror tərəfindən 3, Baş prokurorun birinci müavini tərəfindən 3, həmçinin Baş Prokurorluğun aidiyyəti idarənin rəhbərliyi tərəfindən 3 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar verilmişdir.

Vətəndaş Eyyubova Zeynəb İsmayıl qızının oğlu Toğrul Eyyubovun çaya düşərək ölməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tədbirləri Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. Zeynəb Eyyubova Baş prokuror tərəfindən 2, Baş prokurorun birinci müavini tərəfindən 2, həmçinin Baş Prokurorluğun aidiyyəti idarəsinin rəhbərliyi tərəfindən 1 dəfə qəbul edilərək şikayəti ilə bağlı müvafiq izahlar verilmişdir”.

Xatırladaq ki, şikayətçilər problemlərinin həll edilməməsindən narazılıq ediblər. Vətəndaşların əsas tələbləri Baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinməklə problemlərinə göz yumulmasına bu yolla etiraz ediblər.

Previous Post

Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı — Rəsmi açıqlama

Next Post

BVF-dən Azərbaycana səfərin yekunları barədə – Bəyanat

Bənzər yazılar

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqədə qalibi olduğu “Maarif Cığırı –...

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25

Bakının Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Elchi.az - a...

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər...

Next Post

BVF-dən Azərbaycana səfərin yekunları barədə - Bəyanat

BVF-dən Azərbaycana səfərin yekunları barədə - Bəyanat

Son xəbərlər

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

29 Oktyabr 2026 - 11:58
Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

29 Oktyabr 2026 - 11:46
Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

Polşa Ukraynaya iki “MiQ-29” qırıcısı təhvil verəcək

29 Oktyabr 2026 - 11:40
9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

29 Oktyabr 2026 - 11:34
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

29 Oktyabr 2026 - 11:30
Bu il ehtiyat fondlar üzrə 518 mln. manata yaxın vəsait istifadə olunub

Bu il ehtiyat fondlar üzrə 518 mln. manata yaxın vəsait istifadə olunub

29 Oktyabr 2026 - 11:25
Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlanıb

Dövlət büdcəsinin 9 aylıq göstəriciləri açıqlanıb

29 Oktyabr 2026 - 11:18
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının yekunları müzakirə olunub

Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının yekunları müzakirə olunub

29 Oktyabr 2026 - 11:06
Flavio Bolsonaru ABŞ-a qaçaraq özünü “Braziliya lideri” elan edib

Flavio Bolsonaru ABŞ-a qaçaraq özünü “Braziliya lideri” elan edib

29 Oktyabr 2026 - 10:59
Tovuzun “Turan” klubu CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Tovuzun “Turan” klubu CEV Çempionlar Liqasında cavab oyununa çıxır

29 Oktyabr 2026 - 10:50
Ermənistan Prezidentinin səhhəti pisləşdi

Ermənistan Prezidentinin səhhəti pisləşdi

29 Oktyabr 2026 - 10:43
Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabı üzrə profisiti bu il 8,5 mlrd. dollara çatacaq

Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabı üzrə profisiti bu il 8,5 mlrd. dollara çatacaq

29 Oktyabr 2026 - 10:36
Yeni Ombudsman seçiləcək

Yeni Ombudsman seçiləcək

29 Oktyabr 2026 - 10:29
2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib

2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib

29 Oktyabr 2026 - 10:14
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

29 Oktyabr 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.