"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident “N” saylı hərbi hissə üçün inşa edilən şəhərciklə tanış olub – FOTO

05 İyun 2018 - 17:18
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

 Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilən hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Elchi.az xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlət başçısına raport verib.

Məlumat verilib ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb və 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb. Otaqların hamısı lazımı avadanlıqla təchiz olunub. Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Yataqxanalarda əsgərlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Burada subaylar üçün 126 nəfərlik 3 yataqxana, zabitlər üçün 14 mənzilli 2 yaşayış binası inşa olunub. Əsgər yeməkxanası da yüksək səviyyədə qurulub. Burada 1500 hərbi qulluqçunun dolğun qidalanması üçün geniş imkanlar var. Hərbi şəhərcikdə çörəkbişirmə məntəqəsi də fəaliyyət göstərir. Hərbi qulluqçuların istirahəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərcikdə bütün tədbirlər görülüb. Ərazidə inşa olunan trenajor binasında atış və sürücülük məşqlərinin keçirilməsi üçün 4 tank və 6 piyada döyüş maşını təlim-məşq qurğusu quraşdırılıb.

Hərbi şəhərcikdə 500 yerlik klub binası da var. Burada ölkəmizin, eyni zamanda, hərbi hissənin həyatında baş verən əlamətdar günləri qeyd etmək mümkün olacaq. Şəhərcikdə yaradılan hamam-camaşırxana-qazanxana kompleksi də müasirliyi ilə seçilir. Ərazidə tibb məntəqəsi tikilib. Müasir avadanlıqla təchiz olunan bu məntəqə 56 çarpayılıqdır. Şəhərcikdə qarovulxana binası inşa olunub, ərzaq və əşya anbarları, transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqəsi, su nasos stansiyası, 500 kubmetrlik 2 su anbarı quraşdırılıb. Hərbi şəhərcikdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Bu hərbi şəhərcikdə yaradılan şərait bir daha sübut edir ki, dövlətimiz tərəfindən hərbi sahənin potensialının artırılması, əsgər və zabitlərin xidmət şəraitləri ilə yanaşı, məişət şəraitlərinin də yüksək səviyyədə təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Son dövrlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz müasir silah-sursat, hərbi texnika ilə təmin edilir, yeni hərbi şəhərciklər inşa edilir, mövcud olanları isə ən yüksək səviyyədə yenidən qurulur. Bütün bu tədbirlər Azərbaycan dövlətinin hərbi sahənin inkişafına yüksək diqqət və qayğı ilə yanaşmasının aydın təzahürüdür.

Previous Post

Prezident “N” saylı hərbi hissə üçün inşa edilən şəhərciklə tanış olub – FOTO

Next Post

Azərbaycanlı biznesmenlə bağlı şok sözlər: “Afrikada qızıl mədənləri aldı”

Bənzər yazılar

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 17:13

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Baş naziri Cabbar Musayev...

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

06 Oktyabr 2026 - 16:10

Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət...

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

06 Oktyabr 2026 - 16:01

Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət...

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06 Oktyabr 2026 - 16:00

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. Elchi.az xəbər verir ki, müraciətdə deyilir: "Zati-aliləri, Xanımlar və...

Next Post

Azərbaycanlı biznesmenlə bağlı şok sözlər: “Afrikada qızıl mədənləri aldı”

Azərbaycanlı biznesmenlə bağlı şok sözlər: “Afrikada qızıl mədənləri aldı”

Son xəbərlər

Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

06 Oktyabr 2026 - 17:58
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

06 Oktyabr 2026 - 17:45
İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

06 Oktyabr 2026 - 17:34
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06 Oktyabr 2026 - 17:25
“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 17:13
ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

06 Oktyabr 2026 - 17:05
Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

06 Oktyabr 2026 - 17:00
AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

06 Oktyabr 2026 - 16:51
“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

06 Oktyabr 2026 - 16:38
Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

06 Oktyabr 2026 - 16:26
Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

06 Oktyabr 2026 - 16:10
Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

06 Oktyabr 2026 - 16:07
Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

06 Oktyabr 2026 - 16:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.