"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Prezident istilik təchizatı ilə bağlı fərman imzaladı

14 İyul 2025 - 16:47
in CƏMİYYƏT

“İstilik təchizatı haqqında” fərman

FacebookVatsap

Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Elchi.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 10.1.1-ci, 10.1.3-cü, 11.1.7-ci, 13.1.1-ci, 13.7.2-ci, 14.6-cı, 20.1-ci, 23.3-cü, 26.1-ci, 26.2-ci və 26.3-cü (hər üç halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 20.1-ci və 26.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 10.1.1-ci, 14.6-cı və 23.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 10.1.3-cü, 11.1.7-ci, 13.1.1-ci, 13.7.2-ci və 26.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 26.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
1.6. həmin Qanunun 26.1-ci və 26.3-cü (üçüncü halda) maddələrində “orqan (qurum)” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 6.1-ci maddəsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə uyğun olaraq, istilik enerjisindən istifadə qaydalarını;
2.1.2. həmin Qanunun 14.6-cı maddəsinə uyğun olaraq, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən halları;
2.1.3. həmin Qanunun 23.3-cü maddəsinə uyğun olaraq, şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
3.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsinə uyğun olaraq, aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1.1. istilik qurğularının quraşdırılması qaydalarını;
3.1.2. istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;
3.1.3. istilik qurğularının texniki istismar qaydalarını;
3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:
4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;
4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınsın.

Bunu da oxuyun

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

 

Previous Post

Azərbaycanda iki yeni milli park yaradıldı – Sərəncam

Next Post

İsti hava şəraiti iyulun 17-dək davam edəcək

Bənzər yazılar

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub. Elchi.az xəbər verir ki, açılış mərasimində gənclər...

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

22 Oktyabr 2026 - 19:08

Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə edilib. Elchi.az xəbər verir...

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

22 Oktyabr 2026 - 18:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduəvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin...

Qripə qarşı peyvəndləmədə Niderland istehsalı vaksindən istifadə olunur

Qripə qarşı peyvəndləmədə Niderland istehsalı vaksindən istifadə olunur

22 Oktyabr 2026 - 16:46

"Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının və mövsümi qripin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində profilaktik tədbirlər həyata keçirilir". Bu...

Next Post

İsti hava şəraiti iyulun 17-dək davam edəcək

Hərbi prokurorun müavini işdən çıxarıldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Britaniyada Kallas Ukraynanı məhv etməyə çalışmaqda ittiham olunur

Britaniyada Kallas Ukraynanı məhv etməyə çalışmaqda ittiham olunur

23 Oktyabr 2026 - 11:44
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

23 Oktyabr 2026 - 11:37
Azərbaycan və Hindistan XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB

Azərbaycan və Hindistan XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB

23 Oktyabr 2026 - 11:25
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23 Oktyabr 2026 - 11:16
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb

23 Oktyabr 2026 - 11:08
Britaniyadan əhaliyə xəbərdarlıq: “3 günlük ərzaq və su ehtiyatı toplayın!

Britaniyadan əhaliyə xəbərdarlıq: “3 günlük ərzaq və su ehtiyatı toplayın!

23 Oktyabr 2026 - 10:56
Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

23 Oktyabr 2026 - 10:45
Putin: Ukrayna ilə razılaşmağa hazırıq

Putin: Ukrayna ilə razılaşmağa hazırıq

23 Oktyabr 2026 - 10:37
2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

23 Oktyabr 2026 - 10:24
Narkotiklərlə əlaqəli 13, silahla bağlı 6 fakt müəyyən edildi

Narkotiklərlə əlaqəli 13, silahla bağlı 6 fakt müəyyən edildi

23 Oktyabr 2026 - 10:13
“Milan” 3 il sonra avrokuboklarda antirekordunu təkrarladı

“Milan” 3 il sonra avrokuboklarda antirekordunu təkrarladı

23 Oktyabr 2026 - 09:58
Gələn il Azərbaycanın 67 şəhər və rayonuna dotasiya nəzərdə tutulmur

Gələn il Azərbaycanın 67 şəhər və rayonuna dotasiya nəzərdə tutulmur

23 Oktyabr 2026 - 09:49
Əmtəə bazarlarında qızıl və gümüşün ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızıl 4000 dollar civarında ticarət olunur

23 Oktyabr 2026 - 09:28
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

23 Oktyabr 2026 - 09:15
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.