"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib – FOTO – YENİLƏNİB

20 Yanvar 2026 - 16:36
in MANŞET, SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.

Bunu da oxuyun

“Odissey”in kitab satışları 1400 faiz artdı

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Elchi.az müsahibəni təqdim edir.

Müxbir: Sizi salamlayırıq və Davosda “Avrasiya Söhbətləri”nə xoş gəldiniz. Bu gün mən məmnunluqla Azərbaycan Prezidenti cənab İlham Əliyevlə söhbət aparacağam. Hazırda bizə qoşulduğunuza görə olduqca minnətdaram. Sizi görmək çox xoşdur. Burada, Davosda dünya liderləri ilə bir araya gəldiyiniz zaman biz hazırda mövcud beynəlxalq sistemin fundamental olaraq yenidən dəyərləndirilməsinin şahidiyik. Bir sözlə, Siz bu dəyişiklik barədə əvvəlcə də xəbərdarlıq etmişdiniz. Ölkəniz dünya quruluşunun bu cür dəyişməsinə necə uyğunlaşır və Sizin dünya liderlərimizə sözünüz nədən ibarətdir?

Prezident İlham Əliyev: Bilirsiniz, əslində qeyd etdiyiniz kimi, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.

– Sizi təbrik etmək istəyirəm. Dünən öyrəndim ki, göstərdiyiniz bütün səylərə görə Siz “Zayed İnsan Qardaşlığı Mükafatı”nı alacaqsınız. Təbii ki, bununla gəlib növbəti suala çıxıram. Bildiyiniz kimi, onilliklər ərzində rəqabətə əsaslanan maraq, təsir və dəyişən müttəfiqlikdən sonra Ermənistanla tarixi sülh razılaşması ilə Cənubi Qafqaz qlobal səviyyədə sürətlə inkişaf edir. Regionda risk ilə imkanlar arasında cari tarazlığı necə dəyərləndirirsiniz?

– Əvvəlcə, təbriklərə görə minnətdaram. Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.

– Biz də buna ümid edirik. İran sizin qonşunuzdur. Orada cərəyan edən böhranla əlaqədar Azərbaycan hansı mövqedən çıxış edir? Bunun Avrasiya məkanında sabitliyə, o cümlədən enerji bazarlarına təsirini necə qiymətləndirirsiniz?

– Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.

Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir – ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir.

– Sizcə, Cənubi Qafqaz enerji sektorunda getdikcə artan qüvvə ilə əhəmiyyətinə görə hansı mövqedədir, o cümlədən Avropa İttifaqı istiqamətində?

– Enerji sektoruna gəldikdə, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.

– Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız necədir?

– Biz artıq buna reaksiya vermirik.

– Olduqca diplomatik cavabdır.

– Bəli, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.

Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.

Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.

Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.

– Cənab Prezident, Sizinlə hər zaman söhbət etmək xoşdur, bu səhər “Euronews”a müsahibənizə görə təşəkkür edirik.

– Dəvətinizə görə təşəkkür edirəm.

X X X

Sonra dövlətimizin başçısı “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.

***

11:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.

Elchi.az xəbər verir ki, sonra dövlət başçısı “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.

Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO  - YENİLƏNİB

Previous Post

Azərbaycan Prezidenti: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük

Next Post

Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür

Bənzər yazılar

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40

ABŞ Prezidenti Donald Tramp immiqrantların Mərakeşdən İspaniyaya qanunsuz daxil olmasını fəlakət və işğal kimi xarakterizə edib. Elchi.az bu barədə xarici mediaya...

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

31 İyul 2026 - 21:04

Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb. Elchi.az  xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava...

Next Post
Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür

Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür

Prezident: Ümid edirəm ki, avroparlamentarilər Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər

Prezident: Ümid edirəm ki, avroparlamentarilər Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32
Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28
Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49
Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

31 İyul 2026 - 21:46
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

31 İyul 2026 - 21:04
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

31 İyul 2026 - 21:02
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

31 İyul 2026 - 20:58
CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53
Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

31 İyul 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.