"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prezident hakim komandanı dəyişir

29 Noyabr 2015 - 21:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Prezident hakim komandanı dəyişir İqtidar da, Azәrbaycan da әldәn getmәsin deyә…; YAP iqtidar düşərgəsində dəyişiklikləri cəmiyyətə real olaraq izah etməyə cəsarət etmir, məsuliyyəti partiya sədrinin üzərinə qoyaraq seyrçi mövqe tutur; İlham Əliyev isə hətta müxalifətin əvəzindən də işləyir və təhlükələri önləmək üçün bütün riskləri gözardı edir…

Bunu da oxuyun

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

 
Prezident  İlham Əliyevin son bir ayda iki naziri işdən çıxarması, antikorrupsiya həbslərinin yeni dalğasının başlaması ölkə ictimaiyyətinin bütün diqqətini iqtidar komandasında baş verənlərə yönəldib. Siyasi proseslərə təsir imkanları minimal olsa da, son parlament seçkilərində qələbəsini elan etmiş hakim Yeni Azərbaycan Partiyasının (YAP) baş verənləri cəmiyyətə real olaraq izah etməyə cəsarəti çatmır, yalnız “prezidentin səlahiyyətlərinə daxil olan məsələyə şərh vermirik” deyərək, bir-iki əlavə cümlə ilə işlərini bitmiş sayırlar. 
YAP-ın siyasi nəbzini bilən Siyavuş Novruzovun Eldar Mahmudov nazir postundan uzaqlaşdırıldıqdan sonra hakimiyyətə yaxın  deputatların sərt danışmasına “mollalıq etməsinlər” deməsi hakim partiyanın tutduğu mövqeyi əsaslı şəkildə ortaya qoymuş oldu: YAP siyasi hakimiyyətdə ciddi kadr dəyişikliyini arzu etmir, işdən çıxarılanlara korrupsiyaçı, cinayətkar deyilməsini həzm edə bilmir, “müxalifət mətbuatı yenə qızışacaq” düşüncəsi ilə hətta bu dəyişiklik prosesindən özlərinə təhlükə görüb çəkinirlər də…
Fikir verin, oktyabrın 17-dən üzü bəri iqtidarın faktiki həm də təhlükəsizlik naziri olan Eldar Mahmudovun, hakim partiyanın Siyasi Şurasının üzvü Əli Abbasovun işdən rüsvayçılıqla qovulmasına YAP-ın ortaq reaksiyası-bəyanatı belə yoxdur. Halbuki Rusiyada Putinin partiyasında bu kimi həbslər gerçəkləşəndə-qubernatorlar, merlər qandallananda “Vahid Rusiya” funksionerləri günlərlə bu mövzunu açıq müzakirə edir, bəzən rüşvətxor məmurların ifşa proseslərini özləri başlayırlar. 
 
YAP tarixində ilk dəfə deyil bu situasiya ilə üzləşir, ortada Fərhad Əliyev, Əli İnsanov, Gülər Əhmədova nümunəsi var. Fəqət, bu dəfə onlar fərqindədirlər ki, neft pullarının azaldığı, iqtisadiyyatın idarəedilməsində çətinliklərin yarandığı, sosial problemlərin artdığı, Qərblə bir çox məsələlərdə yol ayrılığı, Rusiyanın Azərbaycanla bağlı min bir oyun qurduğu şəraitdə bu kimi dəyişikliklər çox risklidir. Bu səbəbdən də aydın görünür ki, prezidentin partiyası bütün məsuliyyəti prezident İlham Əliyevin üzərinə qoyaraq həyəcanla bu “fırtınanın” nə zaman  bitəcəyini gözləyirlər. Fırtına isə yeni başlayıb…
***
Hakim komandada mümkün dəyişiklik barədə hələ yay aylarından əvvəl də danışılırdı. Çünki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb, hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilmir ki, 2016-cı il üçün qəbul olunmuş büdcə bunu faktiki təsdiqlədi. Yeni siyasi-iqtisadi şərait isə daha rasional komandanın formalaşdırılmalısını, qeyri-neft sektorunu, xüsusilə sahibkarlığın  inkişafını sürətləndirə biləcək islahatlar aparılmasını zəruri edir. 
Amma bu keçid mərhələsi göstərdi ki, yeni iqtisadi şəraitdə “aşağılar” əvvəlki qaydalarla yaşamaqda davam etsə də, “yuxarılar” daha çox pay uğrunda didişmədən vaz keçmək istəmirlər. Prezident son aylar keçirdiyi müşavirələrdə komandasına yönəlik tənqidləri hər dəfə artırması, sonra daha sərt ifadələr seçməsi, nəhayət “heç kim toxunulmaz deyil, cəzalandıracam”deməsi “yuxarılardakı” əhval-ruhiyyəni göstərirdi.
“Biz liberal iqtisadiyyat modelini, bazar iqtisadiyyatı yolunu seçmişik. Biz bu yolla gedirik və görün nə qədər uğurlar əldə etmişik.  Əgər ölkə daxilində mane olanlar, yoxlamalar, rüşvətxorluq, lisenziyalar, haqq qoymaq olmasaydı, biz nə qədər böyük uğurlar əldə edərdik, büdcəmiz nə qədər artardı. Nə qədər buna dözmək olar? Artıq qurtardı, hövsələm yoxdur! Hər kəs nəticə çıxartsın. Nəticə çıxartmasa, cəzalandırılacaq”. Prezidentin oktyabrın 12-də keçirdiyi sonuncu müşavirədəki çıxışında səlahiyyətləri xeyli azaldılmış, “müalicədə olan” Ziya Məmmədovdan başqa bütün nazirlər, eləcə də  Eldar Mahmudovla Əli Abbasov da iştirak edirdi. Amma yəqin heç kimin ağlına gəlməzdi ki, prezident bir həftə sonra milli təhlükəsizlik nazirini işdən çıxaracaq, MTN-də ölkəni silkələyən həbslər başlayacaq. Sonra digər nazirliklərdə rəhbər şəxslər qandallanacaq, dəyişiklik ruzigarı ölkənin “ən fağır naziri” hesab olunan Əli Abbasovu da rahat kabinetindən didərgin edəcək.
 
Həm E.Mahmudov, həm Ə.Abbasov 11 illik nazirlər idi, hər ikisi 2004-cü ildən yüksək post tuturdu.11 rəqəminin “sonu” simvolizə etdiyi aydındır. Amma bu dəyişiklik son deyil, bəlkə də başlangıcdır. 
 
***
Azərbaycandakı indiki vəziyyət bir az da qədim döyüş səhnələrini xatırladır: tamaşaya yığılmış xalq baş barmağının işarəsi ilə məğlub döyüşçünün öldürülməsini, ya da bağışlanılmasını istəyir. Görünən odur ki, barmaq işarəsini aşağı endirənlər (“öldür!”) indi daha çoxdur. Xalq həm də  dünənin məğlubedilməz, adamları incidən, soyan və söyən “döyüşçülərin” əfv üçün sürünməsini, ifşasını böyük zövqlə izləyir. 
Ölkənin gündəmi dəyişib, diqqət prezidentə yönəlib və hamı bu dəyişikliklərin davamını istəyir. Bu, hakimiyyət üçün bəzi müxaliflərin iddia etdiyi kimi, quraşdırılmış tamaşa deyil. Çünki dəyişikliklər komanda daxilində gərginliklər yaradacaq, işdən çıxarılan nazirlərin əlində sərvət toplamış ətrafı da narazı qalacaq. Hələ daha köklü budaqlar silkələndikcə, siyasi səhnəyə bəlkə də “pullu müxalifət” də çıxacaq. Amma bunların heç biri hakimiyyəti təhdid edəcək səviyyədə ola bilməz. Situasiyanı xəbərdarlıqlardan nəticə çıxarmayan, yeni dövrün diktə etdiyi qənaət və vicdan normaları  ilə uyğunlaşmayan, “daha çox yeyək, daha çox oğurlayaq” devizi ilə vəzifə tutanlar təhlükəli məcraya yönəldirlər. Bu situasiyanın qarşısını almaq mümkün olmazsa, hakimiyyət də, elə Azərbaycan da əldən gedər. Vəziyyəti isə hamıdan yaxşı bilən və görən prezidentdir.
***
Hakim komandada ciddi dəyişiklikləri zəruri edən əsas amillərdən biri də YAP-ın hələ də radikal damğası ilə tanıtdığı müxalifətin… yoxluğudur. Məntiqlə əksinə olmalı, iqtidar güclü müxalifət səbəbindən dəyişikliklərə meyilli olmalı idi. Amma müxalifət siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra dövlət başçısı müxalifət funksiyasını da icra etməkdədir. O, komandasını müxalifət adından danışanlardan daha sərt tənqid edir, işlərini düzəltmək sürəci verir və cəza tədbirləri görür. Nəinki daxili məsələlərdə müxalifətin tələblərini, hətta xarici dövlət başçılarının xahişlərini eşitməkdən xoşlanmayan prezidentə, görünür ki, belə işləmək daha rahatdır…
Kadr dəyişikliklərini zəruri edən daha bir ciddi səbəb  Qərblə Azərbaycan hakimiyyəti arasında  problemlərin 2015-ci ildə daha da dərinləşməsidir. 2015-ci ildə Azərbaycan hakimiyyəti Qərbin total olaraq ciddi tənqid hədəfi oldu, Amerika ilə münasibətlərdəki gərginlik səngimədi, Avropa institutları (Avropa Parlamenti, ATƏT) ilə qarşıdurma daha da şiddətləndi.
YAP onları söymək və tənqid etmək yarışında önə çıxdı, amma bunlarla gerçəkliyi dəyişmək olmaz. Qərb Azərbaycan hakimiyyətini sıxdıqca Rusiya yaranmış fürsətdən istifadə edir, Azərbaycanın bütün sahələrinə əl qoyur, özünü dost kimi sırıyır. Qərblə qarşıdurma, Rusiya ilə xoş olmayan yaxınlaşma davam etdikcə hakimiyyətin yalnız bir optimal yolu qalır: daxildən real olaraq güclənmək, siyasi islahatlara başlamaq və ölkəni qarşıdakı çətin dövrə hazırlamaq. 
Prezident İlham Əliyevin son aylar atdığı siyasi, sosial və iqtisadi addımlarının, fərman və sərəncamlarının  politoloji izahı budur. Prezident “xalq arasında olan” YAP nomenklaturasından fərqli olaraq, bu təhlükəni daha yaxşı görür və o səbəbdən məsələdə “vəssalam” deyəcək qədər qərarlı görünür. 
Previous Post

Prezident hakim komandanı dəyişir

Next Post

Putinin sözçüsü: “İstanbul boğazı bağlanarsa, qiyamət qopar”

Bənzər yazılar

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44

2026–2027-ci tədris ili üzrə 20 nəfər Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu barədə Elchi.az-a Elm...

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01

Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və...

Next Post

Putinin sözçüsü: “İstanbul boğazı bağlanarsa, qiyamət qopar”

Putinin sözçüsü: “İstanbul boğazı bağlanarsa, qiyamət qopar”

Son xəbərlər

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

27 Oktyabr 2026 - 18:13
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

27 Oktyabr 2026 - 18:07
Husilər Bab əl-Məndəbdə hücumu dəf etdiklərini bildirdilər

Husilər Bab əl-Məndəbdə hücumu dəf etdiklərini bildirdilər

27 Oktyabr 2026 - 17:58
İran Hörmüz boğazında tankerin minaya düşdüyünü bildirib

İran Hörmüz boğazında tankerin minaya düşdüyünü bildirib

27 Oktyabr 2026 - 17:46
Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb

Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb

27 Oktyabr 2026 - 17:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.