Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər Bab əl-Məndəb boğazının cənubunda Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin hücumunu dəf etdiklərini bildiriblər.
Elchi.az xəbər verir ki, bu iddia ilə üsyançıların hərbi nümayəndəsi Yəhya Saria çıxış edib.
“Bizim silahlı qüvvələrimiz (husilər öz birləşmələrini belə adlandırırlar) Səudiyyə düşməninin Bab əl-Məndəb boğazının cənub istiqamətindən həyata keçirdiyi hücum cəhdini dəf edib”, – deyə Sarianın Telegram kanalında dərc olunan bəyanatında bildirilir.
“Ənsar Allah” nümayəndəsinin iddia etdiyinə görə, əməliyyata Ədəndəki əməliyyat qərargahından səudiyyəli zabit Bədr əl-Hərbi rəhbərlik edib. Sarianın versiyasına görə, husilər ballistik raketlərdən və ağır silahlardan istifadə edərək düşmənin cəmləşdiyi ərazilərə zərbə endiriblər. Hücum nəticəsində bir neçə nəqliyyat vasitəsi məhv edilib, hücum edən qüvvələr isə ölü və yaralı olaraq xeyli itki veriblər.
Məryəm





















