"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01
in XƏBƏR LENTİ
FacebookVatsap

Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir. İkili standartların, hibrid təhlükələrin hökm sürdüyü müasir dünya düzənində ədalətin bərpa olunması istiqamətində fəaliyyəti ilə örnək olan Azərbaycan Prezidentinin qeyd etdiyi kimi
qeyri-sabit regionda sabitlik adası kimi tanınan ölkəmiz bəşəriyyətin ortaq problemlərinin həllinə, xalqlar və mədəniyyətlər arasında anlaşmanın möhkəmlənməsinə öz töhfəsini verir.
Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi də məhz bu prinsiplərin təşviqinə, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edirdi. Müxtəlif ölkələrin nümayəndələrini, siyasi xadimləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən Bakı Forumu etimadın möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcək naminə dialoqun inkişafı istiqamətində mühüm platforma rolunu oynayırdı.

Bunu da oxuyun

Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb

Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır

Azərbaycanda zəlzələ olub

Ölkəmizin başçısı ikili standartlar siyasətinin doğurduğu problemləri sadalamaqla bu yanaşmanın beynəlxalq siyasətdən tamamilə çıxarılmasının vacibliyini bəyan etdi. Bu, həm də o deməkdir ki, dünya hamımızındır və beynəlxalq münasibətlərdə ədalət meyarları hər zaman öndə dayanmalıdır. Dövlətlərə münasibətdə fərqli ölçülərin tətbiqi, hüququn siyasi maraqlara tabe edilməsi qlobal problemlərin həllini çətinləşdirir, beynəlxalq etimada ciddi zərbə vurur. Müstəqil siyasət ölkələrin suverenliyinin və milli maraqlarının qorunmasının əsas şərtlərindəndir. Müstəqil siyasət yürüdən Azərbaycana beynəlxalq aləmdə böyük hörmət qazandıran amillərdən biri də məhz bu prinsipial mövqedir. Ölkəmizin geniş beynəlxalq təmasları, müxtəlif dövlətlərlə qurduğu münasibətlər Azərbaycanın beynəlxalq ictimaiyyətdə etibarlı və hörmət qazanan tərəfdaş kimi mövqeyini göstərir.

Uzun illər ikili standartlardan əziyyət çəkən ölkəmiz BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq işğal altında olan ərazilərini azad etdi. Bununla Azərbaycan beynəlxalq hüququn və ədalətin bərpasına nail oldu, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdi.

Dövlətimizin başçısı haqlı olaraq bəyan etdi ki, ikili standartlar, eyni zamanda ayrı-ayrı dairələrin başqa ölkələrə onların həyat tərzi ilə bağlı dərs verməyə çalışmasında özünü göstərir. Prezident bu yanaşmanı kəskin tənqid edərək bildirdi ki, kiməsə mühazirə oxumağa çalışan dairələr ilk növbədə özlərinə sual verməlidirlər. Onların başqalarına iradlar tutmağa, öz həyat tərzlərini digər xalqlara qəbul etdirməyə hansı hüquqları var? Şübhəsiz ki, bu cür yanaşmalar nəinki ədalətsizlikdir, hətta beynəlxalq münasibətlərdə etimadın zəifləməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın pozulmasına və qlobal inkişafın qarşısında süni maneələrin yaranmasına səbəb olur.

Bu gün dünyada çoxsaylı münaqişələr mövcuddur. Prezident İlham Əliyev tarixi zəfərimizdən danışarkən mühüm bir məqama toxunaraq bildirdi ki, Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra Azərbaycan dərhal dayandı və qarşı tərəfə sülh təklif etdi. Müharibələrin, təhlükələrin və qarşıdurmaların hökm sürdüyü müasir dünyada bu Azərbaycanın nümayiş etdirdiyi mühüm təcrübədir. Ölkəmizin nümunəsi göstərir ki, münaqişələrin aradan qaldırılması, davamlı sülhün təmin olunması və gələcək qarşıdurmaların qarşısının alınması üçün siyasi iradə və konkret addımlar vacibdir. Dövlət başçısı ölkəmizdə mövcud olan həmrəylik və qarşılıqlı anlaşma mühitinə toxunaraq milli ideyamız olan azərbaycançılıq məfkurəsinin ölkəmizdə yaşayan bütün xalqları bir araya gətirdiyini diqqətə çatdırdı. Bütün dünya bu birliyin gücünü İkinci Qarabağ müharibəsində aydın şəkildə gördü. Müharibədə müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin “Dəmir yumruq” ətrafında birləşməsi unudulmaz qələbəmizin rəmzinə çevrildi. Çünki Azərbaycan qarşılıqlı hörmətin, dini və milli dözümlülüyün, xalqlar arasında həmrəyliyin hökm sürdüyü ölkə kimi fərqli etnik və dini mənsubiyyətə malik vətəndaşlarını azərbaycançılıq məfkurəsi ətrafında birləşdirərək milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirir.

Ədalətli yanaşmanı və ölkəmizdəki dözümlülük mühitini təmin edən Azərbaycan bu prinsiplərin bütün dünyada tətbiqinə çalışır.

Bu baxımdan Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da son illər ərzində qlobal gündəmdəki təxirəsalınmaz məsələlərin müzakirəsi, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, ortaq həll yollarının müəyyənləşdirilməsi üçün effektiv və inklüziv platforma kimi dünyanın diqqət mərkəzinə düşüb. Qeyd etmək yerinə düşər ki, Forumun beynəlxalq nüfuzu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi önəmin göstəricisidir. Müasir dünyada dini və milli zəmində ayrı-seçkiliyin, qarşıdurmaların və etimadsızlığın artdığı bir şəraitdə belə platformaların fəaliyyəti olduqca əhəmiyyətlidir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun, dövlətimizin prinsipial mövqeyinin və qlobal problemlərin həllinə yönəlmiş təşəbbüslərinin beynəlxalq səviyyədə qəbulunun göstəricisidir.
Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə dünyanın mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə, qarşılıqlı anlaşmadan isə ortaq gələcəyə aparan yolunu müəyyənləşdirir. Bu yanaşma Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir daha aydın şəkildə nümayiş olundu.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Previous Post

“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

Next Post

Sabah 7 kənddə qaz olmayacaq

Bənzər yazılar

Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb

Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb

26 Noyabr 2026 - 23:14

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az  xəbər verir ki, "Changan" və "AZSamand"...

Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır

Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır

26 Noyabr 2026 - 21:46

Ukrayna elektrik enerjisi istehsalı üçün avadanlıq tədarükü və qaz sektorunun inkişafı da daxil olmaqla, Türkiyə ilə enerji əməkdaşlığının genişləndirilməsində maraqlıdır....

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

26 Noyabr 2026 - 21:12

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji...

Tramp NATO-nun baş katibi ilə danışıqların əsas mövzularını açıqlayıb

Tramp NATO-nun baş katibi ilə danışıqların əsas mövzularını açıqlayıb

26 Noyabr 2026 - 19:44

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte müdafiə xərcləri, silah istehsalı ilə bağlı məsələləri, eləcə də beynəlxalq...

Next Post
Sabah 7 kənddə qaz olmayacaq

Sabah 7 kənddə qaz olmayacaq

TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər - Mirzoyan

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb

Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb

26 Noyabr 2026 - 23:14
Böyük Britaniya sualtı qayıqların texniki xidmətinə 11,4 milyard dollar ayıracaq

Böyük Britaniya sualtı qayıqların texniki xidmətinə 11,4 milyard dollar ayıracaq

26 Noyabr 2026 - 23:08
Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır

Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır

26 Noyabr 2026 - 21:46
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib

UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib

26 Noyabr 2026 - 21:14
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

26 Noyabr 2026 - 21:12
Tramp NATO-nun baş katibi ilə danışıqların əsas mövzularını açıqlayıb

Tramp NATO-nun baş katibi ilə danışıqların əsas mövzularını açıqlayıb

26 Noyabr 2026 - 19:44
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib

26 Noyabr 2026 - 19:41
ABŞ Prezidenti: Seçkilərdən əvvəl iqtisadi statistika qəsdən təhrif edilib

ABŞ Prezidenti: Seçkilərdən əvvəl iqtisadi statistika qəsdən təhrif edilib

26 Noyabr 2026 - 19:37
Azərbaycan və Aİ Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səyləri artıracaq

Azərbaycan və Aİ Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səyləri artıracaq

26 Noyabr 2026 - 19:23
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində altı istiqamət üzrə komitələr yaradılır

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində altı istiqamət üzrə komitələr yaradılır

26 Noyabr 2026 - 19:14
Qətərdən mayeləşdirilmiş təbii qaz ixracı maksimum səviyyəyə çatıb

Qətərdən mayeləşdirilmiş təbii qaz ixracı maksimum səviyyəyə çatıb

26 Noyabr 2026 - 19:03
“Sabah”la matçda 2 qol vuran Qordon həftənin oyunçusu seçildi

“Sabah”la matçda 2 qol vuran Qordon həftənin oyunçusu seçildi

26 Noyabr 2026 - 18:47
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib

26 Noyabr 2026 - 18:36
Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayan qanunun müddətini uzadıb

Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayan qanunun müddətini uzadıb

26 Noyabr 2026 - 18:25
FİFA kiberhücuma məruz qaldığını təsdiqləyib

FİFA kiberhücuma məruz qaldığını təsdiqləyib

26 Noyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.