Polşada ukraynalıların Leopard tanklarında təlim keçməsindən danışılıb. Elchi.az xəbər verir ki, bu barədə Polşanın baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak bildirib.
Kanada və Norveçdən olan təlimatçılar Ukrayna əsgərlərinə Polşada Leopard tanklarını necə saxlamağı öyrədirlər.
Polşanın baş naziri Mateuş Moravetski daha əvvəl bildirmişdi ki, Varşava münaqişə zamanı Kiyevə 250 tank göndərib və gələcəkdə daha 60 modernləşdirilmiş T-72 və PT-91 Tvardys və 14 Leopard təhvil verəcək.
Qeyd edək ki, Polşa prezidenti Anjey Duda da Ukraynaya yeni tank partiyası tədarük etmək planlarından danışıb.
Havar Şəfiyeva