NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada baş verən hadisələri 2014-cü ildə başlayan münaqişənin davamı adlandırıb.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
“Bu hadisələr NATO-nu dəyişmədi, sadəcə olaraq NATO-nun mövcudluğunun vacibliyini sübut etdi, 2014-cü ildən NATO-nun kollektiv müdafiəsini ciddi şəkildə gücləndirməsinin vacibliyini sübut etdi, çünki müharibə keçən il başlamadı. 2014-cü ildə başladı və alyansın ən böyük restrukturizasiyasına, qoşunlarımızın hazırlığının artırılmasına, şərq cinahının güclənməsinə, təlimlərin sayının artmasına gətirib çıxardı.Uzun illərdən sonra ilk dəfə olaraq NATO ölkələri müdafiə xərclərini artırdılar. Onlar Kiyevə hərbi yardımın artırılması məsələlərini müzakirə edəcəklər”.
Yeganə