ABŞ-ın keçmiş prezidenti Co Bayden özünün “Mənə söz ver, Amerika” adlı yeni kitabında ABŞ-ın hazırkı lideri Donald Trampın 2021-ci ildə Ağ Evdə ona qoyub getdiyi vida məktubunun mətnini dərc edib.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin qeyd etdiyi kimi, Ağ Evin blankında qara markerlə yazılmış və Tramp tərəfindən imzalanmış məktub onun Bayden və 2020-ci il prezident seçkiləri ilə bağlı açıqladığı bəyanatlarla ziddiyyət təşkil edir.
Məktubda deyilir: “Bir çox prezidentlər gəlib-getdilər, sadəcə olaraq respublikaçı və ya demokratlar kimi idarə etdilər. Onlar, ümumiyyətlə, tarixin gedişatını dəyişdirmədilər; sadəcə olaraq, onlar onun amansız axını ilə sürükləndilər. Bu, sizin başınıza gəlməyəcək, çünki mən bilirəm ki, siz Amerika xalqını nə qədər çox sevirsiniz”.
Bayden kitabında qeyd etdiyi kimi, sanki iki Donald Tramp var idi hiss olunurdu. Keçmiş Amerika prezidenti vurğuladı ki, Tramp demokratiyanı dərindən destabilləşdirdi, lakin məktubda köhnə dost kimi sizə xoş sözlər arzulayır.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü il prezident seçkilərindən sonra Tramp gözlənilmədən Baydenə dost ola biləcəklərini deyib. “Bilirsən, Co, siyasət olmasaydı, məncə, biz yaxşı dost olardıq”, – Tramp Ağ Evdə Baydenlə görüşü zamanı deyib.
2025-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, o, ABŞ-ın hazırkı administrasiyasının və şəxsən Trampın düz ritorikasını fəzilət hesab edir.
Yeganə





















