Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Rusiya prezidenti Vladimir Putin çox dərin düşüncəli və sakit həmsöhbətdir.
Elchi.az xəbər verir ki, Stubb bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə müsahibəsində bildirib.
“Əgər biz danışıqların bir hissəsi olmaq istəyiriksə, susub səssiz rejimə keçə bilmərik. Biz ruslarla birbaşa danışmalıyıq”, – deyə Finlandiya lideri bildirib.
O, Vladimir Putinlə son telefon danışığına da münasibət bildirib. O, Rusiya liderini çox bəsirətli, analitik, çox yaxşı hazırlıqlı və danışıqlarında çox sakit kimi xarakterizə edib. O əlavə edib ki, Putin həmsöhbətlərini necə dinləməyi aydın bilir, lakin Rusiyanın mövqeyi dəyişməyib.
Oktyabrın 27-də Finlandiya prezidenti Alexander Stubb və Norveçin baş naziri Yonas Qahr Störe Vladimir Putinlə telefon danışığında tərəflər Ukrayna münaqişəsinin həllini müzakirə ediblər.
Yeganə





















