Podolyak:Ukrayna işıq müqabilində təslim olmayacaq

41

Elchi.az xəbər verir ki, Ukrayna işıq müqabilində təslim olmayacaq. Bunu Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O, əmindir ki, Qərb ölkələri Kiyevə silah verməkdə davam edəcək, çünki Rusiyanın qalib gəlməsinə imkan vermək olmaz.
“Siz yenə də bizə ATACMS raketlərini verəcəksiniz, yenə də zirehli texnika verəcəksiniz: Leopard və ya Abrams – istənilən zirehli maşınlar. Çünki siz itirə bilməzsiniz. Və biz işıq müqabilində təslim olmaq naminə münaqişədən əl çəkməyəcəyik”, – Podolyak “24 kanal”a müsahibəsində deyib.

Şayəstə