Krmel rus qoşunlarına uğurlar arzulayıb.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya qüvvələri Artemovsk yaxınlığındakı döyüşlərdə qəhrəmanlıq möcüzələri nümayiş etdirir.
“Biz bilirik ki, Artyomovsk uğrunda şiddətli döyüşlər gedir. Bizim (qoşunlarımız) qəhrəmanlıq möcüzələri göstərir, onlara uğurlar arzulayırıq”, – deyə o, jurnalistlərlə söhbətində bildirib.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Artemivskdə məğlubiyyət halında Ukrayna xalqının, eləcə də Qərb dövlətlərinin ölkəni Rusiya ilə güzəştə getməyə sövq etməyə başlayacağını bildirmişdi.
Onun sözlərinə görə, Ukrayna cəmiyyəti özünü yorğun hiss edəcək və onu Rusiya ilə danışıqlara məcbur edəcək. Eyni zamanda, Zelenski qeyd edib ki, Qərb ölkələrindən hələlik heç bir təzyiq olmayıb.
Şayəstə