ABŞ hesab edir ki, İrana qarşı Amerika-İsrail əməliyyatı kontekstində Rusiya və Çinlə heç bir problemi yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında bildirib.
O, Moskva və Pekinin İrana qarşı əməliyyata münasibətini şərh edərkən deyib: “Bizim problemimiz onlarda deyil, İranın nüvə ambisiyalarındadır”.
Heqset bildirib ki, bu məsələ ilə bağlı Rusiya və Çinə heç bir mesajı yoxdur.
Məryəm





















