"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Paşinyan “Qarabağ Azərbaycandır” dedi- Rusiya Praqa razılaşmasına güllə atacaqmı?

07 Oktyabr 2022 - 10:15
in MÖVQE
FacebookVatsap

“Praqada keçirilən dördlü görüş ümidverici nəticə ilə yekunlaşıb. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hər iki ölkə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Ən əsas odur ki, Ermənistan Qarabağ iddiasından əl çəkir. Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edir.”

Bunu da oxuyun

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Azər Ayxan FB hesabında qeyd edib:

“Xatırladaq ki, oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşə Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də qatılıblar. Dördlü görüş oktyabrın 7-si gecə saatlarına kimi davam edib.
Sülhə doğru addım atıldı. Qərbin vasitəçiliyi ilə gedən proses deməyə əsas verir ki, enində-sonunda savaş bitəcək, sülh olacaq. Hər şeyin başlanğıcı kimi, sonu da var! Bir mərhələnin sonuna yaxınlaşmışıq. Güney Qafqazda müharibə dayanarsa bu, Rusiyanın özünüifadə imkanının tükənməsi demək olacaq. Qərb Ermənistanla Azərbaycan arasında sülhün olmasında həm də buna görə marqlıdır. Rusiya keçmiş SSRİ məkanında mövcudluğunu, dominantlığını separatçılığı dəstəkləməklə (əslində yaradıb, idarə etməklə), bir də müharibə ocaqları yaratmaqla qoruyub saxlayır.
Sülhə doğru addımlar və yekunda sülh müqaviləsinin bağlanması ermənizmin süqutu deməkdir. Regionu 100 illərlə geri salan, inkişafdan qoyan bu xəstəlik birdəfəlik “müalicə” edilməlidir. Bu baş verərsə, Qafqaza sabitlik, əmin-amanlıq gələcək. Bundan Ermənistan daxil, bütün region ölkələri, xalqları fayda görəcəklər.
Sülh prosesinin başında Azərbaycanla Türkiyə, Əliyevlə Ərdoğan dayanıb. Bu iki liderin təklifləri, təkidləri, iradələri regionun və həm də Ermənistanın xilası deməkdir. 100 ildən artıq davam edən siyasi-hərbi münaqişəyə son vermək missiyası yenə türkün taleyinə yazılıb.
Azərbaycanla Türkiyə Qafqazda ötən əsrin əvvəllərində – 1918-ci ildə sülhü bərqərar edib. Qafqaz İslam Ordusu Azərbaycandan başlayaraq böyüyən erməni-bolşevik terrorunu dayandırıb.
Tarix təkrar olur. Bu dəfə tarixdən dərs alaraq tarixi təkrarlamaqda fayda var. Buralarda sülhü dayanıqlı etməyə ciddi ehtiyac duyulur. Rusiya yenə cild dəyişdirib, türk-müsəlman coğrafiyasına girə bilməməlidir.
Düzdür, nə Azərbaycan 100 il əvvəlkidi, nə Türkiyə. Şərtlər, dəngələr fərqlidir. Rusiya da Lenin-bolşevik Rusiyası deyil. İndi Türkiyə və Azərbaycanla müttəfiqlik Moskvanın daha çox işinə yarayır. Qərbdən gələn bütün növ təzyiqin qarşısında dayanmaq o qədər asan və uzunömürlü olmaya bilər. Ukrayna müharibəsi başlayan gündən Putin Türkiyənin qiymətini anladı, Ərdoğanın təsir gücünü gördü.
Praqa görüşündən sonra sərhəddə növbəti təxribat olacağına dair narahatlıqlar eşidilir. Əsas da Azərbaycan ictimaiyyəti bundan rahatsızdır. Hər dəfə sülh mövzusu dövriyyədə olanda Ermənistan tərəf təxribata əl atır, proses ləngiyir, ümidlər azalır, ömürlər, talelər yarıda qırılır. Qərb, Türkiyə, həmçinin Azərbaycan, Ermənistan Rusiyanın, yaxud bir başqa qüvvənin sülhə güllə atmaması üçün əllərindən gələni etməlidirlər. İki xalq arasında qalıcı sülhün olmasında kimin səmimi olduğu indən sonra daha qabarıq şəkildə görünəcək.
Böyük dəyişikliklərə şahidlik etməkdəyik. Tarixi proseslər yaşamaqdayıq. Hər şeyin yaxşı olacağına inamımız yüksəkdir. Hər şey yaxşı olmalıdır. Bu, yeganə nicatımız, gələcəyimizi qurmağımızın tək yoludur”.

Yeganə

Previous Post

Paşinyan “Qarabağ Azərbaycandır” dedi- Rusiya Praqa razılaşmasına güllə atacaqmı?

Next Post

Yunanıstanla danışacaq bir şeyimiz yoxdur – Ərdoğan

Bənzər yazılar

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52

Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Next Post
Yunanıstanla danışacaq bir şeyimiz yoxdur – Ərdoğan

Yunanıstanla danışacaq bir şeyimiz yoxdur - Ərdoğan

Yunanıstanla danışacaq bir şeyimiz yoxdur – Ərdoğan

Yunanıstanla danışacaq bir şeyimiz yoxdur - Ərdoğan

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.