Vatikan dövlətinin başçısı Papa XIV Leo ABŞ prezidenti Donald Trampın bu yaxınlarda müharibəyə son qoymaq istədiyini bildirərək əlavə etdi: “Ümid edirəm ki, o, zorakılığı azaltmaq üçün bir yol axtarır”.
Elchi.az xəbər verir ki, Vatikan dövlətinin başçısı və Katolik Kilsəsinin mənəvi lideri Papa XIV Leo dünən Vatikana getmək üçün Roma yaxınlığındakı Kastel Qandolfodakı iqamətgahından çıxarkən onu gözləyən jurnalistlərə cari hadisələrlə bağlı açıqlama verdi.
Xristian dünyasının bu həftə Pasxa bayramını qeyd etməyə hazırlaşdığını və bunun sülh dövrü olduğunu qeyd edən Papa dedi: “Lakin hamımızın bildiyimiz kimi, bu gün dünyanın bir çox yerində böyük əzab və ölüm görürük, hətta günahsız uşaqlar da həyatlarını itirirlər”.
Son məqsədin müharibənin tamamilə sona çatması olduğunu vurğulayan Papa dedi: “Prezident Tramp bu yaxınlarda müharibəyə son qoymaq istədiyini bildirdi. Ümid edirəm ki, o, zorakılığı azaltmaq üçün bir yol axtarır. Bu, Yaxın Şərqdə və ondan kənarda yaranan nifrətin azaldılmasına əhəmiyyətli dərəcədə töhfə verəcək. Bütün dünya liderlərinə müraciət edirəm: dialoq üçün masaya qayıdın”.
Şayəstə





















