Pakistan Rusiyadan ilk neft partiyasını bir barelə görə 16-18 dollar endirimlə alacaq.
Elchi.az Express News telekanalına istinadla xəbər verir ki, 100 min ton neftdən ibarət birinci partiya iyun ayında Kəraçi limanına çatdırılacaq.
Pakistan Rusiya ilə yuanla hesablaşacaq və bunun üçün Çin Xalq Bankında hesab açılacaq. Çin valyutasından istifadə Rusiya neftinin idxalına görə Pakistana qarşı Qərb sanksiyalarının təsirinin qarşısını almağa, həmçinin ölkədə dollar çatışmazlığı səbəbindən ödənişlərdə yaranacaq çətinliklərin aradan qaldırılmasına yardımçı olacaq.
Pakistan, eyni zamanda, gələcəkdə daxili tələbatın 35 faizinin Rusiya nefti hesabına təmin olunacağına ümid edir.
Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir
Tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, quraşdırılması və genişləndirilməsi üçün zəruri...





















Son şərhlər