Pakistan Rusiyadan ilk neft partiyasını bir barelə görə 16-18 dollar endirimlə alacaq.
Elchi.az Express News telekanalına istinadla xəbər verir ki, 100 min ton neftdən ibarət birinci partiya iyun ayında Kəraçi limanına çatdırılacaq.
Pakistan Rusiya ilə yuanla hesablaşacaq və bunun üçün Çin Xalq Bankında hesab açılacaq. Çin valyutasından istifadə Rusiya neftinin idxalına görə Pakistana qarşı Qərb sanksiyalarının təsirinin qarşısını almağa, həmçinin ölkədə dollar çatışmazlığı səbəbindən ödənişlərdə yaranacaq çətinliklərin aradan qaldırılmasına yardımçı olacaq.
Pakistan, eyni zamanda, gələcəkdə daxili tələbatın 35 faizinin Rusiya nefti hesabına təmin olunacağına ümid edir.
Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib
Azərbaycan və Vyetnam arasında ali audit sahəsində rəqəmsal texnologiyaların tətbiqi müzakirə edilib. Elchi.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir....





















Son şərhlər