Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Parisdə keçirilən “E5” qrupu konfransından sonra jurnalistlərə açıqlamasında Ukraynanın qış aylarında üzləşəcəyi çətin şəraitə diqqət çəkib.
Elchi.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət rəhbəri ölkənin sərt bir qışa hazırlaşdığını bildirərək vurğulayıb ki, Avropa İttifaqının (Aİ) əsas prioritetlərindən biri Kiyevə bu çətinliklərin, eləcə də infrastrukturuna endirilən zərbələrin nəticələrinin aradan qaldırılmasında yardım etməkdir.
Bundan əlavə, Kallas Rusiyaya qarşı daha bir məhdudlaşdırıcı tədbirlər paketi üzərində iş aparıldığını qeyd etdi. Lakin o, bu yeni sanksiyaların məzmunu və ya tətbiq olunma vaxtı ilə bağlı konkret təfərrüatları açıqlamadı, sadəcə bu siyasətin davam edəcəyinə dair ümumi bir bəyanatla kifayətləndi.
Daha əvvəl Polşanın keçmiş baş naziri Leşek Miller bildirmişdi ki, enerji infrastrukturunun mövcud vəziyyətini nəzərə alsaq, qarşıdan gələn qış Ukrayna üçün həlledici ola bilər.
Yeganə




















