Azərbaycan Ordusu Laçında nəzarətə götürdüyü Ermənistanla sərhədboyu ərazilərdə 10 yeni post qurub.
Elchi.az xəbər verir ki, bu barədə Ermənista mediası məlumat yayıb.
Gorusun Tex (Dığ) icmasına daxil olan Aravusun keçmiş inzibati rəhbəri Arqam Hovsepyan bildirib ki, azərbaycanlıları nəzarətə götürdükləri mövqelərdən geri çəkilmir.
“Hökumətimiz deyir ki, vəziyyət yaxşılaşır. Əgər azərbaycanlılar geri çəkilməyibsə, hansı yaxşılıqdan danışırlar? Azərbaycanlılar artıq 10-11 post qurub, aktiv şəkildə mühəndislik işləri aparır”, – Hovsepyan bildirib.
Ordumuzun Laçında Ermənistanla sərhədboyunca yeni postlar qurması İrəvan və Qarabağdakı separatçıların nəzarətsiz olan həmin ərazilərdən istifadəsinin də qarşısı alınır. Və beləliklə, çıxış yolları bağlanan separatçıların ətrafında çəmbər getdikcə daha da daralır. Bundan sonra hədəf Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasıdır.
“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...





















Son şərhlər