Ekvador prezidenti Daniel Noboa bildirib ki, Moskvanın etirazına baxmayaraq, ölkəsi Rusiya hərbi texnikasını ABŞ-a verəcək. O, Ekvadorun istənilən şəraitdə razılaşmanı davam etdirəcəyini vurğulayıb.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, Noboa bu barədə “Ecuavisa” telekanalına müsahibəsində deyib:
“Biz sübut etdik ki, bu, metal qırıntılarıdır və beynəlxalq müqavilələrə uyğun olaraq, hərbi texnika ötürülə bilməz, lakin belə metal qırıntıları verilə bilər”.
Xatırladaq ki, Ekvador prezidenti yanvarın 11-də planlarını açıqlamışdı. Ölkənin ABŞ-a Rusiya və Ukrayna hərbi texnikasını təhvil verəcəyi və bunun müqabilində 200 milyon dollar dəyərində yeni texnika alacağı güman edilir.
Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti bunun ikitərəfli əməkdaşlıqda mənfi nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib. Rusiya səfiri Vladimir Sprinçan deyib ki, Moskva hərbi texnikanın Vaşinqtona təhvil verilməsini qeyri-dost addım kimi qiymətləndirəcək.
Yeganə