Nigeriyada daşqınlar nəticəsində 100 dən çox adam ölüb

Nigeriyanın mərkəzi hissəsində daşqınlar nəticəsində ölənlərin sayı 117-yə çatıb.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Niger ştatının fövqəladə hallar xidmətinin rəhbəri İbrahim Hussainiyə istinadən məlumat yayıb.
Mayın sonunda Nigeriyada yağan uzunmüddətli leysan yağışları Mokva rayonunda daşqınlara səbəb olub.
Təbii fəlakət nəticəsində 50 ev sakinləri ilə birlikdə suyun altında qalıb.
Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatları davam edir.