Qarabağ qazisi Türkiyə Super Liqasında oyunun fəxri qonağı oldu

🗓 04.06.2025 14:10 ✍️ "Elçi" qəzeti
Qarabağ qazisi Türkiyə Super Liqasında oyunun fəxri qonağı oldu

Türkiyənin Samsun şəhərində səfərdə olan Qarabağ qazisi, Çeçenistanın ilk tarixi Fəxri Vətəndaş - Çeçenistanın Millət Qəhrəmanı Arif Məhərrəmov Samsunspor və Kayserispor oyununda fəxri qonaqlar sırasında yer alıb.

Elchi.az-ın məlumatına görə, 2:1 hesabı ilə qalib gələn Samsunspor futbolçuları qələbəsini birgə qeyd etmək üçün Qarabağ qazisi Arif Məhərrəmovu meydançaya dəvət ediblər. Futbolçular Arif Məhərrəmova bildirib ki, Azərbaycanın qədəmləri bizə düşdü və biz çempion olduq.

Qeyd edək ki, Türkiyə Super Liqasında 2024/25 mövsümünə yekun vurulub. 38-ci turun son iki oyununda "Samsunspor" 3-cü yer uğrunda mübarizədə "Beşiktaş"dan üstün olub. Samsun təmsilçisi "Kayserispor"la oyunun 90+5 və 90+8-ci dəqiqələrdə fərqlənərək qalib gəlib və mövqeyini əldən verməyib.

Bənzər yazılar