Astanada yanğın baş verib, 100-dən çox insan təxliyə edilib

🗓 04.06.2025 13:32 ✍️ "Elçi" qəzeti
Astanada yanğın baş verib, 100-dən çox insan təxliyə edilib

Astanada (Qazaxıstan) yaşayış kompleksində yanğın baş verib.

Elchi.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Qeyd edilib ki, 100-ə yaxın sakin müstəqil şəkildə təxliyə olunub, 15 nəfər isə Fövqəladə Hallar Departamentinin qüvvələri tərəfindən xilas edilib.

Bildirilib ki, baş verən yanğın operativ şəkildə söndürülüb. Ölən və xəsarət alan olmayıb.

Bənzər yazılar