Pakistanda 200-dən çox məhbus zəlzələ zamanı həbsxanadan qaçıb

🗓 03.06.2025 14:59 ✍️ "Elçi" qəzeti
Pakistanda 200-dən çox məhbus zəlzələ zamanı həbsxanadan qaçıb

Karaçidəki (Pakistan) Malir dairə həbsxanasından 200-dən çox məhbus zəlzələ zamanı təxliyə edildikdən sonra qaçmağa müvəffəq olub.

Elchi.az xəbər verir ki, bu barədə Pakistan KİV-i yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, polis ərazini mühasirəyə alıb, nəticədə 78 məhbus tutulub, bir nəfər atışma zamanı öldürülüb. Üç təhlükəsizlik əməkdaşı yaralanıb.

Ümumilikdə təxminən 2 min məhbus təxliyə edilib, onlardan 213 nəfər qaçıb.

Bənzər yazılar