Azərbaycan Taekvondo Federasiyasının rəsmisi Koreya Respublikasına səfər edib

🗓 04.06.2025 13:22 ✍️ "Elçi" qəzeti
Azərbaycan Taekvondo Federasiyasının rəsmisi Koreya Respublikasına səfər edib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Koreya Respublikasının Pxoxan şəhərinə səfər edib.

Bu barədə  Elchi.az - a federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Pxoxan Taekvondo Federasiyası, Pxoxan İdmanlar Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirilib.

Görüşlərdə ATF-nin fəaliyyəti, beynəlxalq uğurları və inkişaf perspektivləri barədə məlumat verilib, tərəflər arasında birgə layihələr, təlim-məşq toplanışları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Bənzər yazılar