Neftin qiymətini ABŞ aşağı salır

🗓 17.10.2014 09:35 ✍️ "Elçi" qəzeti
Neftin qiymətini ABŞ aşağı salır
"ABŞ Rusiya və Venesuelaya ziyan vurmaq məqsədilə neftin qiymətini aşağı salır".ad034147704d41d60a8536f9465f3233
  APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Venesuela prezidenti Nikolas Maduro Nazirlər Kabinetinin iclasına çıxışı zamanı deyib.   O, həmçinin, neftin qiymətinin yaxın zamanda yenidən bərpa olunacağına əmin olduğunu bildirib və bu mövzunun müzakirə olunması üçün, yenidən, OPEC ölkələrini təcili toplantı keçirməyə çağırıb.   “ABŞ və onun bəzi müttəfiqləri nə üçün neftin qiymətini aşağı salmaq istəyirlər?  İri neft istehsalçıları olan Rusiya və Venesuelaya ziyan vurmaq  üçün”, deyə prezident qeyd edib. Onun sözlərinə görə, neftin qiyməti nə qədər aşağı düşsə də, Venesuela hökuməti istənilən çətinliyin öhdəsindən gəlmək üçün lazımi planlar hazırlayıb.

Bənzər yazılar