"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Nazarbayevlə böyüyən, Tokayevlə bölünən Qazaxıstanda nə baş verir? – TƏHLİL…

07 Yanvar 2022 - 17:41
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Qazaxıstanda baş verən hadisələr, hakimiyyətdən gedən Nursultan Nazarbayev haqda çoxsaylı şərhlər verirlər . Maraqlı yanaşmalar, təhlillər var.

Şərhdən mümkün qədər yayınaraq əlavə edəcəyim bir neçə fakt:

***

Qazaxıstanda hadisələrin başladığı Janauzen azərbaycanlılara 1989-cu ildən tanışdır. O zaman şəhərdə qazaxlarla dağıstanlılar, daha doğrusu ləzgilər arasında toqquşmalar baş vermişdi. Bir müddət sonra Xaçmazda yerli sakinlərlə görüşündə ölkənin ovaxtkı rəhbəri Əbdürrəhman Vəzirov Azərbaycandan gedən ermənilərin geri qayıtması haqda məşhur uyğunsuz açıqlamasını edəndə onu da deyəcəkdi ki, Özbəkistandan qovulan axıskalılar, Leninqradda təqibə məruz qalan yəhudi ziyalıları və Qazaxıstanda etnik toqquşmalarda tərəf olan Dağıstan ləzgiləri də Azərbaycana pənah gətirirlər.

Sonralar Şimali Qazaxıstanda axıskalılarla qazaxlar, müstəqillik illərində isə türkiyəli işçilərlə qazaxlar arasında toqquşmlar da qeydə alınacaqdı.

***

Bu yaxınlarda Nikol Paşinyanın Ermənistan Azərbaycanın ərazi bütövlüyünü MDB-yə daxil olanda tanımasını etiraf etməsi bizdə xeyli ruh yüksəkliyi yaratmışdı. Amma Paşinyanın demədiyi, izah etmək istəmədiyim bu və ya digər səbəblərdən bizim də üstündən adladığımız bir mühüm tarixi fakt var. 1991-ci il sentyabrın 23-də Rusiyanın Jeleznovodsk şəhərində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı üç illik hərbi əməliyyatları dayandırmaq niyyəti ilə birgə sülh razılaşması imzalanmışdı. Razılaşmanın ictimai legitimliyini təmin etmək məqsədilə Azərbaycan tərəfindən iki müxalifət nümayəndəsi – Araz Əlizadə və Tamerlan Qarayev də danışıqlarda iştirak edirdi. Razılaşmaya əsasən, Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edirdi, hər iki tərəfin silahsızlaşdırılması və silahlı qüvvələrin bölgədən çıxarılması, qaçqın və məcburi köçkünlərin geri qaytarılması, Dağlıq Qarabağda Sovet dövründəki inzibati qaydanın yenidən qurulması və münaqişənin sülh yolu ilə həlli nəzərdə tutulurdu. Razılaşma Nursultan Nazarbayevin birbaşa iştirakı, gərgin diplomatik fəaliyyəti sayəsində baş tutmuşdu, əslində razılaşmanı Qazaxıstanın regional oyunçu kimi geosiyasi səhnədə ilk uğurlu diplomatik gedişi idi. Razılaşmadan sonra Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov Rusiyanın dövlət telekanalı əməkdaşının sualına cavabında “соглашение нас вполне устраивает” demişdi, Ermənistan Prezidenti Levon Ter-Petorsyan isə bu cavab üzərində hiyləgər bir kalambur qurmuşdu: “A нас не вполне устраивает”. Razılaşmanın dəfn olunduğu mənhus Qarakənd faciəsi zamanı helikopterdə həlak olanlardan biri də Qazaxıstan daxili işlər nazirinin 1-ci müavini Saylau Serikov idi. Yeri gəlmişkən, onun xatirəsi hələ ki Azərbaycanda əbədiləşdirilməyib.

***

Sumqayıt və 20 yanvar hadisələrindən sonra SSRİ Ali Sovetində qazax deputatların, xüsusən Oljas Süleymenovun Azərbaycanı sonadək, “ziyalı olduqları üçün susan” bəzi deputatlarımızdan daha çox müdafiə etməsini də unutmadıq.

***

Dinmuhammed Kunayevin hakimiyyətə gəlişinədək (1964-cü il) qazaxlar öz respublikalarında sadəcə azsaylı titul xalq idilər – əhalinin cəmi 29 faizi. O hakimiyyətdən getdiyi 1986-cı ildə isə qazaxların 39 faizə çatmış, ruslara nisbətən 1-2 faiz çoxluq təmin edilmişdi. Yeri gəlmişkən, Nazarbayev məhz onun vaxtında irəli çəkilmiş, 1984-cü ildə Qazaxıstan Nazirlər Kabinetinin sədri təyin olunmuşdu.

Nazarbayev o yolu davam etdirdi, hakimiyyətdən tam uazqlaşdırdığı 2022-ci ilin yanvarına olan məlumata görə, qazaxlar indi öz ölkələrində mütləq çoxluqdadır +- 70%. Qazaxlar əməkçi miqrant kimi nə Moskva, nə Avropa küçələrinə səpələnməyib. Əkinsə həmhüdud ölkələrdən 1,5-3 milyon arası qazax “oralman” (repatriant) kimi Qazaxıstana qayıdıb.

***

Kunayevin rus Gennadi Kolbinlə əvəzlənməsinə etiraz aksiyalarının arxasında Nazarbayevin durması haqda çoxsaylı fərziyyələr, ehtimallar dolaşır, bu haqda bəs deyincə yazılar da yazılıb. Rus nasbolları (natsional-bolşevik) fəal olduqları 90-cı və 2000-ci illərdə buna görə Nazarbayevdən qisas alacaqlarını da deyirdilər. Sonradan danışılan, dərc olunan xatirələrdən öyrənəcəkdik ki, Kunayevlə bərabər Nazarbayevin də başının üstündə qara buludlar dolaşırmış.

Onun xilas edilməsində mərhum Prezident Heydər Əliyevin xüsusi rolu olub. Nazarbayev sonradan dəfələrlə Heydər Əliyevi öz ağsaqqalı, dar macalda gənəşib məsləhət aldığı şəxs kimi minnətdarlıqda xatırlayırdı. O. Süleymenov isə Heydər Əliyevin ölümündən sonra qələmə aldığı memuarında keçmiş Sovet İttifaqı türklərinin həyatında oynadığı rolu yüksək qiymətləndirərək onu “Ustad” adlandıracaqdı.

***

Qazaxıstan gələcəyi necə olacaq? Bu sual indi hər kəsi düşündürür.

Hələ 2006-cı ilin sentyabrında Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev “Республикостан или Казахский султанат” adlı opusu dərc olunanda aydın idi ki, ölkənin gələcəyi ilə bağlı siyasi elitada ciddi ixtilaflar var. O ixtilafların gün üzünə çıxarılması Rahat Əliyevə baha başa gəldi. Əvvəl “Əmir kürəkən” (Damad paşa) olma şansını itirdi; Dariqa ilə boşandılar. Sonra siyasi sürgün həyatı başladı. Hazırda isə həyatda yoxdur…

Amma mənə üsuli-idarə yox, Qazaxıstanın indiki siyasi-coğrafi xəritələr daxilində mövcudluq pespektivi maraqlı gəlir. Son əsr ərzində qazaxlar bir neçə dəfə dövləti birləşmə yaratmağa təşəbbüs ediblər. Əvvəl əraziləri qeyri-müəyyən, iki qardaş xalqı -qazaxları və qırğızları birləşdirən Alaş Respublikası elan edilib, sonra RSFSR tərkibində Qırğız Muxtariyyəti (qazaxlara da qırğız deyilirdi), 1925-ci ilə Qazax Muxtar Respublikası, 1936-cı ildə Qazaxıstan Sovet Sosialist Respublikası elan edilib. Hər dəyişiklikdən ərazi itkiləri ilə çıxıblar; əvvəl qırğızlar ayarılıb, daha sonra Orenburq edilib, paytaxt Almatıya köçürülb və s.

Müstəqillikdən sonra ərazi itkisi təhlükəsi “Domokl qılncı” kimi həmişə Qazaxıstanın başı üzərindən asılıb. Hələ 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində tanınmış yazıçı Aleksandr Soljenitsin Rusiyanın gələcyini yad Qafqazdan və Uzaq Şərqdən gedib Ukrayna (mümkün olmasa Şərqi Ukrayna), Belarus və Şimali Qazaxıstanı özünə birlışdirməkdə öngörən plan açıqlamışdı. Qafqazdan və Uzaq Şərqdən getmək hissəsini ixtisar etməklə bu plan rus siyasətçiləri tərəfindən daim aktual saxlanıb. İş o həddə çatıb ki, Vladimir Putin belə qazax dövlətçilyinin olmaması, bu dövlətçilyin Nazarbayev tərəfindən yaradıldığı haqda məlum açıqlama ilə çıxş etmişdi.

Ötən ilin son günləri Putinin hüzurunda Qafqazdan getmək, rus torpaqlarına fokuslanmaq çağırışı yenidən səsləndi-rejissor Aleksandr Sokurov tərəfindən.
Belarus və Şərqi Ukraynanın ardınca Şimali Qazaxıstanın qarışması dahi yazıçının qələmilə ictimailəşdirilən o mənhus planı istər-istəməz yenə də yada salır.

***

Əbülfəz Elçibəy müsahibələrinin birində “Nazarbayev ruslardan qorxur” demişdi. Görünən budur ki, qorxmaqda haqlıymış.

***

Bu aralar şərhlərdə, açıqlamalarda maksimum siyasi korrekt olmaqda fayda var. Ərdoğanın Tokayevlə danışıqlarını həm də bir yanaşma kimi qəbul edək. Qazaxıstanda hansı rejim, hansı şəxs hakimiyyətdə olur- olsun biz onunla işləyəcəyik. Qardaşlığımız xalqladır, rejimlə, üsuli –idarə və ya fərdlərlə deyil. Hərçənd fərdlərin tarixi rolunu etiraf edir və dəyərləndiririk. Tokayevə və ya süngü ilə hakmiyyətə gələcək başqa birinə kin qusmaqla Ərəb Liqasının vaxtı ilə etdiyi yanlışı təkrarlamağa doğru yuvarlanırıq, yəni TDT- nin aparıcı üzvlərdən birinin təcridinə…

Cəmaləddin Quliyev
XəzərNews.az

Previous Post

Nazarbayevlə böyüyən, Tokayevlə bölünən Qazaxıstanda nə baş verir? – TƏHLİL…

Next Post

KTMT əsgərləri Almatı hava limanını nəzarətə götürdü

Bənzər yazılar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Elchi.z - a...

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

30 Sentyabr 2026 - 16:00

"S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyədən başqa yerə köçürülməsi məsələsi gündəmdədir". Elchi.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi...

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2026 - 14:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56

Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq. Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi...

Next Post
KTMT əsgərləri Almatı hava limanını nəzarətə götürdü

KTMT əsgərləri Almatı hava limanını nəzarətə götürdü

KTMT əsgərləri Almatı hava limanını nəzarətə götürdü

KTMT əsgərləri Almatı hava limanını nəzarətə götürdü

Son xəbərlər

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

01 Oktyabr 2026 - 11:46
Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

01 Oktyabr 2026 - 11:38
Tramp: İraqdan şərəf və ləyaqətlə ayrıldıq

Tramp: İraqdan şərəf və ləyaqətlə ayrıldıq

01 Oktyabr 2026 - 11:30
Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23
Apple yeni məhsulla “ağıllı ev” bazarına daxil olur

Apple yeni məhsulla “ağıllı ev” bazarına daxil olur

01 Oktyabr 2026 - 11:12
89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

01 Oktyabr 2026 - 11:12
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

01 Oktyabr 2026 - 11:04
“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

01 Oktyabr 2026 - 10:52
Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

01 Oktyabr 2026 - 10:41
Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33
Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

01 Oktyabr 2026 - 10:25
Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

01 Oktyabr 2026 - 10:19
Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10
Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

01 Oktyabr 2026 - 10:02
FHN elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib

FHN elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib

01 Oktyabr 2026 - 09:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.