"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Naxçıvanın strateji yüksəlişi: Zəngəzur dəhlizi və yeni imkanlar

13 Avqust 2026 - 13:16
in MANŞET
FacebookVatsap

Türk dünyasına, eləcə də dünya siyasətinə nəhəng şəxsiyyəti – Ümummilli Lider Heydər Əliyevi bəxş edən Naxçıvan müstəqillik amallarının, milli ideyanın gerçəkləşməsində mühüm tarixi rol oynayıb.

Bunu da oxuyun

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

1992-ci ildə müstəqilliyin ilk atributları Ulu Öndər tərəfindən Naxçıvanda yaradılıb, üçrəngli bayrağımız ilk dəfə orada ucaldılıb və müstəqilliyə gedən yolun başlanğıcı da bu milli hərəkatla başlayıb. Ermənistanın təcavüzü və blokadası şəraitində ağır günlər yaşayan Naxçıvanın təcriddən xilas olması və inkişafı da məhz Heydər Əliyevin qətiyyətli iradəsi sayəsində mümkün olub. Ümummilli Lider Naxçıvanı blokadadan çıxararaq sabit və dayanıqlı inkişaf yoluna, regional inteqrasiyaya qoşub.

Region ölkələri ilə əlaqələrin yaradılması və möhkəmləndirilməsi 1993-cü ildən sonra bölgənin ərzaq, enerji təminatı məsələlərinin həllinə, paytaxt ilə hava yolu əlaqəsinin genişləndirilməsi, aqrar və sənaye, digər iqtisadi islahatların aparılması Muxtar Respublikanın etibarlı müdafiəsini və inkişafını təmin edib.

Onun xüsusi diqqət və qayğısı sayəsində sabitlik və mütərəqqi inkişaf yoluna daxil olan Naxçıvan Prezident İlham Əliyevin böyük qayğısının daim hiss olunduğu bölgələrdən biri kimi son 23 ildə daha da irəliləyərək bugünkü tərəqqi yoluna çatıb. Bu müddət ərzində Naxçıvana 17 səfər edən dövlət başçımız 100-dən artıq mühüm obyekt və vacib infrastrukturları istifadəyə verib.

Naxçıvanda quruculuq və abadlıq işləri daha da geniş vüsət alıb, inzibati binalar, saysız istehsal və emal müəssisələri açılıb, region ölkələri ilə ticari-iqtisadi-investisiya əlaqələri genişlənib, nəqliyyat bağlantıları şaxələnib.

Son illərdə Naxçıvana olan dövlət dəstəyi strateji proqramlarla güclənib, 2023–2027-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində iqtisadi artımın sürətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sosial rifahın daha da yaxşılaşdırılması yönündə aparılan ardıcıl işlər uğurlu nəticələrin əldə edilməsinə səbəb olub.

Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvan da dövlətin xüsusi iqtisadi-institusional güzəştləri ilə əhatə olunmaqdadır ki, bu da bölgəyə sərmayə qoyuluşları, biznes təşviqləri və sənaye sektorunda müsbət dinamikanın yüksəlişini təmin etməkdədir. Əhatəli və kompleks şəkildə davam etdirilən bu tədbirlər Naxçıvanın inkişafında əsaslı şəkildə yeni mərhələ açmaqdadır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərləri isə xüsusi əhəmiyyət daşıyır. Bu, bölgənin hərtərəfli inkişafına verilən xüsusi önəmin göstəricisidir, hər səfərin böyük mənası və gözəl nəticələri var.

Prezidentin sonuncu səfərindən ötən müddət ərzində bölgədə çox mühüm hadisələrin baş verməsi, sürətlə dəyişən geosiyasi proseslərin fonunda Naxçıvanın bölgədə strateji əhəmiyyəti daha da artıb, region enerji və nəqliyyat kommunikasiyalarının əsas nöqtələrindən birinə çevrilməkdədir. Naxçıvan Vətən müharibəsinə qədər Azərbaycanın strateji bölgəsi kimi xüsusi əhəmiyyət daşıyırdısa, hazırda qlobal bağlantılarda yeni dövrün başlaması bu coğrafiyanı dünyada vacib bir məkana çevirib.

Prezident İlham Əliyevin səfər zamanı tanış olduğu və açılışını etdiyi layihələrin hər biri Naxçıvanın ümumi inkişafı ilə yanaşı, regional inteqrasiyada yeni statusunun müəyyənləşməsi sarıdan mühüm hadisələrdir. Həmin layihələr sırasında “Naxçıvan dəmir yollarının yenidənqurulması layihəsi” Zəngəzur-Orta Dəhliz bağlantısının vacib xəttini təşkil edir.

Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan yeddi kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və digər sahələrdə tikinti işləri davam etdirilir. Bir sözlə, Naxçıvanın timsalında bölgədə yeni nəqliyyat damarları yaranır və bu, Muxtar Respublika da daxil olmaqla Zəngəzur dəhlizinə aid bütün layihələri tamamlamaqla, dəmir yolu tranzitlərində buraxılış qabiliyyətinin illik 15 milyon tona çatmasını təmin edəcək.

Dəmir yolu bağlantısının şaxələndirilməsi, həm də Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması gündəliyi ilə yanaşı, regiondakı nəqliyyat sistemlərini də bir-biri ilə birləşdirəcək. Dövlət başçımızın qeyd etdiyi kimi, bu yol təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Bu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin bir qolu olacaq.

“Bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır. Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir”.

Azərbaycan Televiziyasına müsahibəsində cənab Prezidentin xatırlatdığı kimi, Naxçıvan Zəngəzur və Qarabağ bölgələri ilə tarixi bağlantı və coğrafi vahidlik strukturunda inkişaf edib. Hər üç bölgə tarixən vahid məkan olub və bugünkü inzibati baxış da kommunikasiyaların və proqramların əlaqələndirilmiş orqanizm əsasında birləşməsini labüdləşdirib. Bəyan edildiyi kimi, bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.

Eyni zamanda, Naxçıvanın müasir strateji inkişaf və institusional idarəetmə modeli də Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının nümunəvi idarəetmə sisteminə əsaslanır. Birgə, vahid əlaqələndirilmiş bu idarəetmə sisteminin üstünlükləri hər üç bölgədə öz mühüm nəticələrini verir, həm kadr islahatları, həm səmərəli idarəetmə, həm şəffaflıq və inkişaf üsul-idarəsini təmin etməklə yanaşı, adıçəkilən iqtisadi rayonların vahid inzibati strukturlaşmasını və ayrılmaz birgə statusunu təsdiqləyir.

Naxçıvan həm də “yaşıl enerji” zonası kimi zəngin resurs bölgəsidir və Türkiyə vasitəsilə digər region ölkələrinə bərpaolunan enerjinin ixrac körpüsünə çevrilməsi reallaşmaqdadır. Prezidentin tanış olduğu və inşası davam edən “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları həmin mənbələr sırasında mühüm yer tutur.

Ümumilikdə Naxçıvanda 688 hektar sahə günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib ki, bu da bölgənin həm davamlı və dayanıqlı enerji təhlükəsizliyini möhkəmləndirəcək. Xarici investorların maraq göstərdiyi enerji zonası həm də Qarabağ və Şərqi-Zəngəzurun bərpaolunan enerji sistemləri ilə uzlaşdırılaraq vahid ixrac zəncirində birləşdiriləcək. Nəticədə bölgənin enerji resursları Ermənistan ərazisindən Naxçıvana, Türkiyə və Avropaya uzanacaq böyük enerji dəhlizini formalaşdıracaq.

Naxçıvan həm də güclü sənaye infrastrukturuna malik bölgədir, qonşu ölkələrə sənaye ixracı üçün əlverişli imkanlara malikdir. Prezident İlham Əliyevin təməlini qoyduğu Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikinci nəhəng sənaye zonası olmaqla, Azərbaycanın sənaye zəncirində öz potensialı ilə rəqabətədavamlı ixracın sütunlarından birini təşkil edəcək.

Cənab Prezidentə təqdim edilən “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” isə Muxtar Respublikanın məkan inkişafının vahid strateji baxışını müəyyən etməklə şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılmasını nəzərdə tutur.

Bu konseptin gerçəkləşməsi Naxçıvanın güclü sənaye və istehsal-emal mərkəzi, turizm, enerji zonası, habelə Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi kimi inkişaf edərək dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi bölgədə tərəqqisini, xarici ölkələrlə dərin inteqrasiyasını möhkəmləndirəcək.

Ramid Namazov
Milli Məclisin deputatı

Previous Post

Aİ-nin yeni sanksiyalar tətbiq etmək planları ləngiyib

Next Post

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Bənzər yazılar

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

Next Post
Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı

Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.