“Biz Yunanıstan cəbhəsində Türkiyə əleyhinə “F-16″ təyyarələri və müasir raketlərini düzənlərin Qafqazlarda neytral və ədalətli müşahidəçi olacağına inanmırıq”.
Elchi.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli FB hesabında qeyd edib:
“İstənilən sərhəd təxribatında dövlətimizi suçlayıb regionu beynəlmiləl toqquşma meydanına döndərəcəklər. Onların sülhpərvərliyi Rusiya hərbi qüvvələrini Gümrüdən və Xankəndindən çıxarana qədər sürəcək. Sonra Əfqanıstana daxil olduqları sürətlə İran və Rusiyanın arasında mövqe tutacaqlar. Ardınca NATO qoşunları Ermənistan sərhədlərinə gələcək. Sonra Qarabağa yol tapmağa çalışacaqlar. Plan budur. Sabah ordumuzu İrəvana hücumda günahlandırıb, ardınca BMT-də əleyhimizə qərar verərək erməni hərbi səngərində özlərinə yer tutacaqlar. Halbuki Ermənistan Qarabağı Azərbaycan tərkibində tanımağa hazırdır, lakin deyir ki, bizi Qərb qoşunları qorusun.Çünki rus əsgəri daha ermənilər üçün ölmək istəmir”.
Şayəstə