Müsəlmanları tərəfimizə çək!

452

Elchi.az xəbər verir ki, beynəlxalq mətbuatda əksini tapan məlumatlara görə, Ukraynanın Krım türkü və müsəlman olan yeni müdafiə naziri Rustem Umerovun Türkiyə başda olmaqla müsəlman ölkələrini Kiyevin tərəfinə çəkəcəyi gözlənilir.
Umerovun Hakan Fidanla möhkəm dostluq münasibətinin olduğu da bildirilir.
Ukraynanın yeni müdafiə naziri, Krım türkü və müsəlman olan Rustem Umerovun ölkəsinin Rusiyaya qarşı PUA hücumlarının planlayıcısının olduğu iddia edilib. Beynəlxalq kəşfiyyat xəbər saytlarının məlumatına görə, Umerovun yeni vəzifəsində müsəlman ölkələrini, xüsusilə Türkiyəni Kiyevin tərəfinə çəkməsinin gözlənildiyi bildirilib.

Şayəstə Hüseynova