Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
Nazirlər Kabinetindən Elchi.az-a verilən məlumata görə, Azərbaycan və Rusiyanın Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.
Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.
Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.
Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Elchi.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci...






















Son şərhlər