"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

04 May 2026 - 18:47
in SİYASƏT
FacebookVatsap

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb.

Bunu da oxuyun

Şavkat Mirziyoyev Bakıya yola düşüb

Hakan Fidan Azərbaycana gəlir

Azərbaycan XİN Fransaya cavab verdi: Əsassız ittihamlara son qoyun!

Bu barədə Elchi.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sahibə Qafarova PAİ-nin Milli Məclislə uğurlu əməkdaşlıq etdiyini, xüsusilə 2021-ci ildən etibarən Azərbaycan parlamenti deputatlarının PAİ-də daha da fəallaşdıqlarını və bu qurumda rəhbər vəzifələrdə təmsil olunduqlarını diqqətə çatdırıb. Spiker Milli Məclisin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığından və Baş katib Martin Çunqonqun bu əməkdaşlığa dəstək verməsindən razılıqla danışıb.

Spiker həm qarşılıqlı əməkdaşlığın inkişafı baxımdan, həm də Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşlərinin təşkilində göstərdiyi səylərə görə PAİ-nin Baş katibinə minnətdarlığını bildirib. Bu görüşlərin xalqlar arasında etimadın qurulması prosesinə parlamentlərin töhfəsi olduğunu qeyd edən spiker Sahibə Qafarova Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına və bunun da parlamentlər arasında əməkdaşlıq üçün daha geniş imkan yaradacağına inamını ifadə edib.

Martin Çunqonq quruma rəhbərlik etdiyi dövrdə PAİ-Azərbaycan əlaqələrinin transformasiya olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan PAİ ilə əlaqələrin inkişaf etdirilməsinə həmişə sadiq olub.

Baş katib Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyini, Milli Məclisin nümayəndələrinin rəhbər vəzifələrdə təmsil olunduğunu, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan Milli Məclisi sədrinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərliyi həm Şəbəkənin inkişafı, həm də onun PAİ ilə əlaqələrinin inkişafında böyük rol oynayıb.

Qeyd olunub ki, iki ölkə arasında sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan parlamentləri arasında dialoqun yaradılmasına nail olunması PAİ-nin əsas məqsədi olan sülhə xidmət edir.

Görüşün sonunda parlamentlər arasında konstruktiv dialoqun və səmərəli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə, Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə verdiyi töhfələrə görə PAİ-nin Baş katibi Martin Çunqonq Milli Məclisin Fəxri Medalı ilə təltif edilib.

Previous Post

Bu il Bakıda və regionlarda 74 əmək yarmarkası keçirilib

Next Post

FHN yağıntılı və qeyri-sabit hava ilə əlaqədar müraciət edib

Bənzər yazılar

Şavkat Mirziyoyev Bakıya yola düşüb

14 Oktyabr 2026 - 16:53

Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 14-də Bakı şəhərinə yola düşüb. Elchi.az xəbər verir...

Hakan Fidan Azərbaycana gəlir

Hakan Fidan Azərbaycana gəlir

14 Oktyabr 2026 - 14:42

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O,...

Azərbaycan XİN Fransaya cavab verdi: Əsassız ittihamlara son qoyun!

Azərbaycan XİN Fransaya cavab verdi: Əsassız ittihamlara son qoyun!

14 Oktyabr 2026 - 14:30

"Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və...

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 13:42

Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə...

Next Post
Bədbəxt hadisə nəticəsində ölən FHN əməkdaşı olub

FHN yağıntılı və qeyri-sabit hava ilə əlaqədar müraciət edib

Yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirib – VİDEO

Yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirib - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şavkat Mirziyoyev Bakıya yola düşüb

14 Oktyabr 2026 - 16:53
İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

14 Oktyabr 2026 - 16:47
DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

14 Oktyabr 2026 - 16:22
Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

14 Oktyabr 2026 - 16:14
Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

14 Oktyabr 2026 - 16:07
Aİ Kiyevə 2,86 milyard avro köçürüb

Aİ Kiyevə 2,86 milyard avro köçürüb

14 Oktyabr 2026 - 16:00
Kənd yumurtası alanlara pis xəbər

Kənd yumurtası alanlara pis xəbər

14 Oktyabr 2026 - 15:43
Ölkəmizə isti hava kütlələri daxil oldu, temperatur yüksəlir

Ölkəmizə isti hava kütlələri daxil oldu, temperatur yüksəlir

14 Oktyabr 2026 - 15:30
Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı ÇAĞIRIŞ

Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı ÇAĞIRIŞ

14 Oktyabr 2026 - 15:16
Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb

Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb

14 Oktyabr 2026 - 14:51
Hakan Fidan Azərbaycana gəlir

Hakan Fidan Azərbaycana gəlir

14 Oktyabr 2026 - 14:42
Azərbaycan XİN Fransaya cavab verdi: Əsassız ittihamlara son qoyun!

Azərbaycan XİN Fransaya cavab verdi: Əsassız ittihamlara son qoyun!

14 Oktyabr 2026 - 14:30
Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

14 Oktyabr 2026 - 14:14
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

14 Oktyabr 2026 - 14:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.