Almaniya kansleri Fridrix Merz mətbuat konfransında bildirib ki, Ukrayna münaqişəsi daha bir neçə ay davam edə bilər, buna Qərb ölkələri hazır olmalıdır.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu müharibə yəqin ki, uzun aylar davam edəcək. Biz Avropalı tərəfdaşlarla, amerikalılarla, həmçinin “istəklilər koalisiyası” ilə sıx koordinasiyada buna hazır olmalıyıq”, – Almaniya hökumətinin başçısı bildirib.
Merz bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüş üçün pessimist proqnoz da vermiş və bunun baş tutmayacağını bildirmişdi .
İki gün əvvəl Almaniya kansleri Zelenski ilə Putinin yaxın gələcəkdə görüşməyəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyi ilə hədələyib . Dövlət Duması onun sözlərini manipulyasiya adlandırıb .
Nuranə Məmmədova


















