"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Mehriban Əliyevaya səslənən ANA : “Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib”- MÜRACİƏT

21 Sentyabr 2018 - 13:10
in CƏMİYYƏT
FacebookVatsap
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti,
Heydər Əliyev Fondunun Prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri,
Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Mən, Lerik rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Raifə Ağaxan qızı ailə qurduqdan sonra 14.06.2002 tarixində iki qızım, 2006-cı ildə bir oğlum dünyaya göz açıb. Dərin təəssüf və hüzün hissiylə bildirirəm ki, 2015-ci ildə qızım Səadəti ürək genişlənməsi xəstəliyindən itirdim. Digər qızım Sevinc isə eyni xəstəlikdən əziyyət çəksə də, müalicəyə müsbət cavab verdi və ömrünü üç il uzada bildik. Lakin indi Sevincimin də vəziyyəti ağırlaşıb. Mərkəzi Klinikada qızıma ürək genişlənməsi diaqnozu təyin edildi və yalnız ürək köçürülməsi əməliyyatından sonra qızımın sağlam yaşayacağı bildirildi. Geniş araşdırmalarımız nəticəsində öyrəndik ki, ürək transportasiyası əməliyyatı üzrə dünyada 3-cü yerdə olan Belarusiya Kardiologiya İnstitutunda ölkəmizin bir sıra vətəndaşları əməliyyat olunub, təyin olunmuş donor ürəklə təmin olunduqdan sonra daimi müalicəylə bir neçə ildir ki, sağlam yaşayırlar. Biz təcili olaraq, Belarusiya Kardiologiya İnstitutu ilə əlaqə saxladıq, qızımın müayinə sənədlərini göndərdik. Sənədlərə baxış keçirdikdən sonra İnstitutun ürək cərrahiyyəsi üzrə ekspert həkimləri bildirdilər ki, Sevinc təcili əməliyyat olunmalıdır. Əməliyyat üçün 100 min ABŞ Dolları tələb olunur (170 min AZN). Pul toplanmadıqca və İnstitutun bank hesabına köçmədikcə Belarusiya Kardiologiya İnstitutu xəstəni müayinəyə belə qəbul edə bilmir.
Hörmətli Mehriban xanım!
Mən bir qızını itirmiş, övlad itirmək əzabını yaşamış bir anayam. Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib. Lakin qalan gücümlə ailəm – yoldaşım, qızım və oğlum üçün nəfəs alır, yaşamağa çalışıram. Allaha çox dua edirəm ki, ikinci qızım – Sevincimi itirmək acısını mənə göstərməsin. İkinci qızımı itirmək düşüncəsi belə məni dəli edir, onu itirməyi göz önünə gətirə bilmirəm, axı qızım hələ yeniyetmədir, həyatının baharını yaşayır. Qızım Sevinc təhsilini davam etdirməyi çox arzulayırdı. Bu il imtahan verib, kollecə qəbul olunmuşdu. Çox xoşbəxt idi. Lakin xəstəliyi səbəbindən qızım tələbə yoldaşlarından geri qaldı, dərslərə qoşula bilmədi. Mən çox arzulayıram ki, qızım yenidən ayağa qalxsın və tələbə yoldaşları ilə birgə təhsilini davam etdirsin. Axı onun hələ yaşayacağı gözəl günlər var, onun arzuları, xəyalları var. Mən bir qızımla ürək yanğısı ilə vidalaşmışam, lakin Sevincimi də itirə bilmərəm, onun arzuları, xəyalları ilə vidalaşa bilmərəm. Sevincin əməliyyat olub, yenidən ailəmizin Sevinci olmasını arzulayıram və bunun üçün Sizin dəstəyinizə ehtiyacımız var.
Hörmətli Mehriban xanım!
Biz ailəvi olaraq, bütün vəsaitlərimizi topladıq, dostlarımızdan, qohumlarımızdan kömək istədik və cəmisi 30 min AZN pul toplaya bilmişik. Bundan əlavə, vəsatin toplanması üçün bank hesabı açaraq, ictimaiyyətə müraciətlər göndərmişik, kampaniyalar yaratmışıq. Lakin bunun yetərsiz olduğunu gördüyüm üçün Sizdən xahiş edirəm ki, vəsaitin toplanmasında bizə öz maddi və mənəvi dəstəyinizi göstərəsiniz.
Siz dəfələrlə xeyirxah əməllər göstərərək ölkəmizin insanlarına nümunə olmusunuz, insanların həyatına, ailəsinə çıraq yandırmısınız. Bu gün mən də o insanlardan biri olaraq, Sizin dəstəyinizə ehtiyac duyuram. Mən inanıram ki, ölkəmizin birinci xanımı bizim ailəmizin çırağının sönməsinə yol verməyəcək, bizə dəstək olacaq. Bir daha Sizdən xahiş edirəm ki, vəsaitin toplanmasında bizə öz maddi və mənəvi dəstəyinizi göstərəsiniz.
Sizə öncədən təşəkkürümü bildirirəm.
Hörmətlə,
Əliyeva Raifə Ağaxan qızı
Azərbaycan Respublikası, Lerik rayon, Züvüç kənd sakini
Əlaqə nömrəsi: 070 504 23 73



Bunu da oxuyun

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Previous Post

Mehriban Əliyevaya səslənən ANA : “Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib”- MÜRACİƏT

Next Post

Elmar Məmmədyarov ABŞ-a səfərə gedib

Bənzər yazılar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

06 Oktyabr 2026 - 17:45

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbirləri...

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

06 Oktyabr 2026 - 17:05

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasının əsaslı təmirini başa çatdırıb. Elchi.az xəbər verir ki, bu...

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

06 Oktyabr 2026 - 17:00

Sabah bir neçə rayonun bəzi ərazilərində su olmayacaq. Bu barədə Elchi.az-a İri Şəhərlərin Su Təchizatı" MMC-dən məlumat verilib. Bildirilib ki,...

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

06 Oktyabr 2026 - 16:07

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş...

Next Post
Elmar Məmmədyarov ABŞ-a səfərə gedib

Elmar Məmmədyarov ABŞ-a səfərə gedib

Elmar Məmmədyarov ABŞ-a səfərə gedib

Elmar Məmmədyarov ABŞ-a səfərə gedib

Son xəbərlər

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 18:24
Konqoda 1900-dən çox uşaq Ebola səbəbindən yetim qalıb

Konqoda 1900-dən çox uşaq Ebola səbəbindən yetim qalıb

06 Oktyabr 2026 - 18:15
Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

06 Oktyabr 2026 - 17:58
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

06 Oktyabr 2026 - 17:45
İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

06 Oktyabr 2026 - 17:34
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06 Oktyabr 2026 - 17:25
“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 17:13
ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

06 Oktyabr 2026 - 17:05
Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

06 Oktyabr 2026 - 17:00
AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

06 Oktyabr 2026 - 16:51
“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

06 Oktyabr 2026 - 16:38
Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

06 Oktyabr 2026 - 16:26
Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.