Moravetski qeyd edib ki, Varşava münaqişənin başa çatması üçün dəqiq tarixi hesablamaq niyyətində deyil.
Elchi.az xəbər verir ki, Polşanın baş naziri Mateuş Moravetski hesab edir ki, Ukrayna münaqişəsi daha bir neçə il davam edə bilər, lakin deyib ki, Varşava onun bitməsinin dəqiq tarixini hesablamaq niyyətində deyil.
“Biz konkret tarix hesablamırıq. Biz sadəcə cəbhədə baş verənləri izləyirik”, – deyə Polşa hökumətinin başçısı NBC televiziyasına müsahibəsində bildirib və aparıcının Ukrayna münaqişəsinin daha bir neçə il davam edə biləcəyi ilə bağlı sualına “bəli, ola bilər” deyib.
Şayəstə