İlon Maskın şirkətləri Tesla və SpaceX bu il üçün qarşıya qoyulan hədəflərə nail ola bilməyiblər. Elektrikli avtomobil bazarında artan rəqabət Teslanın satış hədəfinə zərbə vurdu.
Elchi.az xəbər verir ki, İlon Maskın iki şirkətinin performansı bu il hədəflərə çatmadı.
Mask bu il Tesla üçün 2 milyon ədəd tədarük etməyi qarşısına məqsəd qoymuşdu. Şirkətin rüb ərzində elektromobil tədarüklərində rekord göstərici əldə edəcəyi gözlənilir, lakin Maskın məqsədi reallaşmayacaq.
Tesla-nın dördüncü rübdə 473 min avtomobil tədarük edəcəyi gözlənilir. 2023-cü ildə əvvəlki illə müqayisədə 37 faiz artımla 1,82 milyon avtomobil tədarük ediləcək.
Elektrikli avtomobil nəhənginin hədəfinə çatmamasında Çində artan rəqabət və elektriklə işləyən avtomobillərə tələbatın azalması təsirli olub. Tesla 2023-cü ildə dörd avtomobil modelinin qiymətlərini endirdi.
Warren Buffett-in dəstəklədiyi BYD-nin dördüncü rübdə satış performansı ilə Tesla-nı geridə qoyacağı bildirilir.
Nuranə Məmmədova