Diplomatik mənbələrdən alınan məlumata görə, xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Blinken arasında telefon danışığı olub.
Elchi.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının dünən qəbul etdiyi qərara toxunan nazir Fidan İsveçin üzvlüklə bağlı prosesin Türkiyə Böyük Millət Məclisinin məsuliyyəti altında davam etdiyini bildirib.
F-16 satışına toxunan Fidan, ABŞ rəhbərliyinin və ABŞ Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözlədiklərini bildirib.
Görüşdə Qəzzadakı son hadisələr və Kipr məsələsi də müzakirə edilib.
Nuranə Məmmədova