Fransa prezidenti Emmanuel Makron, “Mən inanıram ki, Fələstin dövlətini tanımaq və sülh perspektivi ilə uyğun gələn yeganə yol olan bu siyasi dinamikanı başlatmaq üçün Parisdə, Londonda və başqa yerlərdə səsimizi birləşdirməliyik” dedi.
Elchi.az xəbər verir ki, Böyük Britaniyada rəsmi səfərdə olan Makron İngiltərənin baş naziri Key Starmerlə birgə mətbuat konfransında danışıb.
Makron bildirib ki, o və Starmer Yaxın Şərqə, eləcə də Ukraynaya oxşar yanaşmaları bölüşürlər.
Bölgədə atəşkəs, sülhə gedən yol və İsrailin Qəzzaya hücumlarına son qoymağa çağırdıqlarını bildirən Makron belə davam edib:
“Biz birlikdə Qəzzada atəşkəsə və bütün məhbusların azadlığa buraxılmasına çağırdıq. Bu, bu məhbusların və Qəzza xalqının iztirablarına son qoymaq üçün təcili olaraq lazımdır. Sonu və ya strategiyası olmayan müharibənin davam etdirilməsi bölgə və ümumi təhlükəsizliyimiz üçün ciddi risk yaradır”. “Mən inanıram ki, biz Parisdə, Londonda və başqa yerlərdə Fələstin dövlətini tanımaq və sülh perspektivi ilə uyğun gələn yeganə yol olan bu siyasi dinamikanı başlatmaq üçün səsimizi birləşdirməliyik”, – deyə Makron iki dövlətli siyasi həllə inandığını vurğulayıb. Bu həllin bölgədə təhlükəsizliyin əsasını təşkil edəcəyini iddia edən Makron, iki dövlətli həllin İsrailin qonşuları ilə sülh içində yaşamasını təmin edəcəyini də qiymətləndirib.
Şayəstə Hüseynova


















