"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Mahmudovun işgəncə kralı: “Mövlan Şıxəliyevin idarəsində öldürülənlər var…”

07 Avqust 2016 - 13:10
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

Mahmudovun işgəncə kralı: “Mövlan Şıxəliyevin idarəsində öldürülənlər var...”

Məlum olduğu kimi, sabiq milli təhlükəsizlik tutduğu vəzifədən kənarlaşdırıldıqdan sonra onun komandasında təmsil olunanların böyük əksəriyyəti istintaqa cəlb olundular.
Ləğv edilmiş MTN-in sabiq şefi və komandasının iş adamlarına, sahibkarlara divan tutması, təzyiq göstərməsi, fiziki və psixoloji üsullarla onları şantaj edərək külli miqdarda pul qoparması ilə bağlı dəfələrlə yazmışıq. Bəs vaxtilə işlədikləri MTN-i quldur yuvasına çevirən bu generalların hamısı istintaqa cəlb olunublarmı?
Belə məlum olur ki, yox. MTN-in rəhbərliyinə daxil olan və heç də Akif Çovdarovdan geri qalmayan, bəlkə də ondan daha amansız olanlardan elələri var ki, işdən qovulsalar da azadlıqdadır, məsuliyyətdən yayına biliblər. Belələrindən biri də MTN-in Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevdir.
İş adamlarının, sahibkarların fəaliyyətinə müdaxilə edib, onlardan pul qoparan, həbs etdirməklə hədələyən, həbs olunalara amansız, qeyri-insani işgəncələr verdirən general Mövlan Şıxəliyevin bu günə kimi istintaqa cəlb edilməməsinə səbəb nədir?
Virtualaz.org saytına daxil olan məlumata görə, M.Şıxəliyev sabiq nazirin ən yaxın adamlarından biri olub. O, tutduğu vəzifədən uzaqlaşdırılsa da, bu günə qədər həbs edilməyib. Mənbənin bildirdiyinı görə, M.Şıxəliyev həbs olunacağından ehtiyat edərək vaxtilə iş adamlarından, bəzi məmurlardan şantaj yolu ilə aldığı pulları geri qaytarmağa başlayıb.
MTN-in keçmiş zabiti, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu virtualaz.org saytına açıqlamasında generalın məsuliyyətə cəlb olunmamasının səbəblərini onun himayə olunmasında gördüyünü deyir: “Vaxtilə rəhbərlik etdiyi idarədə çoxsaylı cinayətlər edən şəxsin adı nədənsə mətbuat səhifələrində belə yer almır. Bu adamın adını iki dəfə mətbuatda mən çəkmişəm, başqa yazanlar da olub, amma dərhal da mövzu gündəmdən çıxıb gedib. Görünür kikimlərsə Mövlan Şıxəliyevin adının hallanmasında, istintaqa cəlb olunmasında, vaxtilə rəhbərlik etdiyi idarədəki cinayətlərin araşdırılmasında maraqlı deyil. Zənnimcə, söhbət sırf maddi maraqdan gedir, başqa heç nə ola bilməz”.
Ə.Oruclu bildirib ki, M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi olduğu dövrdə MTN-in şərləyib tutduğu, müxtəlif ittihamlarla, böhtan yolu ilə həbsə atdığı adamlara hüquqi don geyindirilməsi, leqallaşdırılması da məhz bu idarədə baş tutub: “Həmin idarədə onun tabeliyində olan istintaq təcridxanasında işgəncələrdən insanlar ölüb. Səid Dadaşbəylinin (“Səidin dəstəsi” işində həbs olunan və 2007-ci ildə MTN təcridxanasında işgəncələrə dözməyib ölən Emin Məmmədovu nəzərdə tutur -red.) işi buna sübutdur. Bundan əlavə, işgəncədən ölən şəxslərin ailə üzvləri o dərəcədə şantaj olunublar ki, qorxudan heç kəslə ünsiyyət qurmaq istəmirlər. Ad çəkmək istəmirəm, mən özüm iki ailə ilə ünsiyyət qurmağa çalışmışam, amma onlar qorxularından razılaşmayıblar. Əgər o insanlar danışsaydılar, mən digər faktlar da açıqlayardım. Hətta ailə üzvləri belə susursa, mən heç nə deyə bilmərəm”.
Keşmiş MTN zabiti adı çəkilən qurumda saysız-hesabsız cinayətlər törədildiyini, amma buna baxmayaraq, general Şıxəliyevin adının nəinki istintaqdan, hətta ictimai rəydən kənarda qaldığını deyir: “O idarədə saysız-hesabsız cinayətlər törədilib, ölüm halları baş verib. Bunlara baxmayaraq, Mövlan Şıxəliyevin adı heç yerdə hallanmır. Halbuki, o, birmənalı olaraq həbsdə olmalıdır. İş adamlarını pul almaq məqsədilə gətirəndə onları həmin idarədə saxlayıblar. Bunlar faktiki insanları girov götürüblər, buna görə cinayət işi açılmalıdır. Generalın vaxtilə rəhbərlik etdiyi qurumda baş vermiş işlərlə bağlı mütləq istintaq aparılmalıdır”.
Qeyd edək ki, çoxsaylı şikayətlər arasında ən çox MTN-də istintaqı aparılan şəxslər, bu qurum tərəfindən hədə-qorxu ilə var-dövlətlərini itirən iş adamlarının adları var. Bu şəxslərin illərlə susmasına səbəb MTN şefi Eldar Mahmudovun rəhbərlik etdiyi cinayətkar qrupun əməlləri olub. MTN-in vəzifəli şəxsləri tərəfindən hədələnənlər arasında qanunsuz olaraq istintaqları aparılan çoxsaylı məhkumlar var.
Bir müddət əvvəl dələduzluqda ittiham edilən, hazırda həbsdə olan iş adamı Rauf Kərimov Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev və onun tərəfdarları tərəfindən həbs olunması barədə ölkə başçısına müraciət ünvanlayıb. Müraciətdə şər-böhtanla hədələndiyini, Mövlan Şıxəliyev tərəfindən şantaj olunduğunu, həmin idarənin şöbə rəisi polkovnik Vüsal Ələkbərovun (həbs olunub – red.) ondan 1 milyon manat aldığı bildirilib. R.Kərimovun dediyinə görə, keçmiş MTN şefi ona məxsus “Çinar” kafesini hədə-qorxu gəlməklə şəxsən özü əlindən alıb.
M.Şıxəliyevin “Texnika Bank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin yaxın dostu, tanınmış iş adamı Akif Qurbanovu təhdid edərək ondan 5 milyon tələb etməsi barədə mətbuatda kifayət qədər yazılıb. Hətta “Texnika Bank” işində zərərçəkənlər Hüseyn Səfərov, Nizami Kazımov, Xəqani Əzimov, Hamil Rzayev, Vüqar Behbudov, Füzuli Əzimov və digərləri MTN istintaqçılarının qanunsuz hərəkətləri ilə mənimsənilmiş pullarının özlərinə qaytarılmasını, Mövlan Şıxəliyevin də Vüsal Ələkbərov kimi həbs edilməsi ilə bağlı baş prokurora və ölkə başçısına müraciət ediblər.
Previous Post

Mahmudovun işgəncə kralı: “Mövlan Şıxəliyevin idarəsində öldürülənlər var…”

Next Post

Ərdoğan: “Güləni CİA yetişdirdi”

Bənzər yazılar

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycan qlobal proseslərin önündə

29 Oktyabr 2026 - 16:53

Prezident İlham Əliyevin liderliyi ilə Bakı beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirə olunduğu, müxtəlif dövlətləri və beynəlxalq təşkilatları bir araya gətirən...

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. Elchi.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətindən məlumat verilib. Məlumata görə,...

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqədə qalibi olduğu “Maarif Cığırı –...

Next Post

Ərdoğan: "Güləni CİA yetişdirdi"

Ərdoğan: "Güləni CİA yetişdirdi"

Son xəbərlər

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı

Biləcəridə hotelin fəaliyyəti dayandırıldı

30 Oktyabr 2026 - 10:24
Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

30 Oktyabr 2026 - 10:16
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

30 Oktyabr 2026 - 10:08
Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

30 Oktyabr 2026 - 10:00
Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.