Macarıstan ABŞ-ın rəhbərliyi altında həyata keçirilən Ukraynaya tədarükün koordinasiyasında iştirakdan imtina edib.
Elchi.az TASS xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Bu gün biz açıq şəkildə bildirdik ki, Macarıstan bunu istəmir və etməyəcək. Macarıstan NATO-nun bu koordinasiya rolunun planlaşdırılmasına qarışmır. Biz bundan irəli gələn tapşırıqların və bu sahədə əməliyyatların həyata keçirilməsində iştirak etməyəcəyik”, – deyə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Brüsseldə Şimali Atlantika Alyansının 75 illiyinə həsr olunmuş iclasda bildirib.
Havar Şəfiyeva