Mərkəzi Bankdan banklara MÜRACİƏT

🗓 17.03.2017 18:47 ✍️ "Elçi" qəzeti
Mərkəzi Bankdan banklara MÜRACİƏT
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına məktub göndərib. AMB-nin baş direktoru Akşin Vəliyevin imzası ilə daxil olan məktubda banklara Novruz bayramı günlərində müştərilərin nağd pula olan tələbatının ödənilməsi üçün müvafiq addımların atılması tövsiyə olunur. Məktubda deyilir ki, banklar bayram günlərində müştərilərin nağd pula olan tələbatının nominallar üzrə müvafiq strukturda təmin edilməsi məqsədilə zəruri tədbirlər görməlidir. Həmçinin, AMB nağd pul ehtiyatının yaradılmasını da tələb edir.
Məlumata görə, AMB-də məsələ ilə bağlı "Qaynar xətt" yaradılıb və bayram günləri nağd pula tələbatla bağlı ciddi zərurət yaranarsa banklar "Qaynar xət"lə əlaqə saxlaya bilər. Əlavə edək ki, AMB-nin kassa xidməti yalnız bu gün uzadılmış iş rejimində çalışacaq.(Report)
Elchi.az

Bənzər yazılar