Londonda istilər 263 nəfərin ölümünə səbəb olub

Böyük Britaniya və Avropaya təsir edən istilər səbəbindən Londonda təqribən 263 nəfər ölüb. London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) tədqiqatçılarının araşdırmasına görə, bu ölümlərin 173-ü birbaşa iqlim böhranının nəticəsidir.
Elchi.az xəbər verir ki, World Weather Attribution qrupu tərəfindən dərc edilən bir araşdırma, iqlim böhranının Avropada istiliklə bağlı ölümlərin sayını üç dəfə artırdığını ortaya qoydu.
Alimlər bildirdilər ki, iyunun sonu və iyulun əvvəllərində Avropaya təsir edən temperatur iqlim dəyişikliyi olmasaydı, 1-4 dərəcə sərin olardı.
Şayəstə Hüseynova