Messi MLS-də rekorda imza atdı

🗓 10.07.2025 11:47 ✍️ "Elçi" qəzeti
Messi MLS-də rekorda imza atdı

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, “Nyu İnqlend Revoluşın” ilə matçda dubl edən 38 yaşlı hücumçu MLS tarixində ardıcıl 4 oyunda iki qol vuran ilk oyunçu olub.

Qarşılaşma “İnter Mayami”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər yazılar